Ermənistana bu günədək 1518 nəfərin leşi və qalıqlarını təhvil verilib

Qarabağda 44 günlük müharibə zamanı ölən erməni əsgərlərinin qalıqlarının axtarışı davam edir.

Bu istiqamətdə Talış-Suqovuşan bölgəsində aparılan axtarışlar heç bir nəticə verməyib.

Kəşfiyyat işləri 27 martda cənuba — Cəbrayıl və Füzuliyə istiqamətləndirilib.

Ümumilikdə, atəşkəs əldə edildikdən sonrakı dövr ərzində Azərbaycan tərəfi Ermənistana 1518 nəfərin cəsədi və qalıqlarını təhvil verib.

Bu xəbəri paylaşın: