Azərbaycanla Ermənistan 1975-ci ilin sərhədlərinə qayıtdı

Azərbaycan və Ermənistan sərhədində sərhəd postları 1970-ci illərin sovet hərbi xəritələri əsasında müəyyən edilib.


Qaynarinfo haqqin.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin müavini Tiqran Avinyan bildirib.


«Sərhəd postlarının yerləşdirilməsi 1975-1976-cı illərin hərbi xəritələrinin məntiqi çərçivəsində həyata keçirilir. Bu, sərhədlərin son delimitasiyası və demarkasiyası üçün müvəqqəti bir yerləşdirmədir. Bunun üçün isə ikitərəfli münasibətlər olmalıdır”, — Avinyan «Azadlıq” radiostansiyasının erməni xidmətinə müsahibəsində deyib.


Onun sözlərinə görə, sərhədlərin delimitasiyası və demarkasiyası prosesi uzunmüddətli prosesdir.


«Biz bu prosesi Gürcüstanla indiyə qədər başa çatdırmamışıq. Ancaq bu proses gec-tez bütün qonşularımızla getməlidir”, — Avinyan qeyd edib.

Bu xəbəri paylaşın: