“Rusiya Qarabağ razılaşmasını sabotaj edə bilməyəcək” — Ərdoğandan Kremlə çağırış

Türkiyənin son illərdə regional siyasətini Şərqə tərəf genişləndirməsi, xüsusilə Cənubi Qafqaz və Mərkəzi Asiya açılımı Rusiyanı ciddi narahat edir.

Həmçinin Ankaranın Qara dənizdə fəaliyyəti və Ukraynanı silahla təchiz etməsi, Moskvanı Suriyada Türkiyəyə qarşı fəaliyyətə sövq edib.

İdlibdə Rusiyanın hücumu və Türkiyə sərhədlərinə yaxın hərbi əməliyyatlar keçirməsi, Ankaraya təzyiq mexanimzidir. Amma, Türkiyənin Moskvanın bu provakasiyası qarşısında geri çəkilməsi gözlənilmir. İki ölkə arasında artan siyasi-iqtisadi, enerji və hərbi-texniki əməkdaşlığa baxmayaraq Moskva Türkiyənin artan regional mövqeyini özünə təhdid hesab edir. Məhz Turan ideyasının Moskvada yüksək səviyyədə dilə gətirilməsi bununla əlaqəlidir. Rusiya Türk dövlətlərindən ibarət Türkiyənin hərbi blok qurmasından narahatdır.

Türkiyə İdlibdə Rusiyanın bu təxribatlarına qarşı Şimali Suriyada yenidən hərbi əməliyyatlar keçirib, nəzarət etdiyi arealı genişləndirə bilər və bu prosesdə ABŞ Ankaranı dəstəkləməsi mümkündür. Rusiyanın Türkiyəyə qarşı İdlibdə təzyiq etmək mexanizmi var. Amma, Türkiyə Rusiyaya Ukrayanda, Cənubi Qafqazda, Liviyada və Mərkəzi Asiyada təsir etmək gücünə malikdir. Bundan sonra, iki dövlət arasında münasibətlərin kəskin olacağı, buna baxmayaraq əməkdaşlığın davam edəcəyi gözlənilir.(yenisabah)

Bu xəbəri paylaşın: