«Hərbi dərsləri qazilər tədris etsinlər»

Əməkdar müəllimi Almaz Həsrət maraqlı təklif irəli sürüb.

«Sherg.az»ın xəbərinə görə, o qeyd edib ki, təhsil müəssisələrində Çağırışaqədərki Hərbi Hazırlıq fənnini Vətən müharibəsində iştirak edən qazilərimiz-veteranlarımız tədris etsinlər:

«Əsl kişilik məktəbini keçənlərimiz, əsl vətənpərvər oğullarımız bu günün şagirdlərini öz örnək fəaliyyətləri ilə gələcəyimiz üçün mərd xasiyyətli, əsl kişi xasiyyətli gənclər  yetişdirər».


A.Həsrət fikirlərini belə bir ritorik sualla yekunlaşdırıb:

«Görəsən hərbi dərsi məktəblərdə tədris edən müəllimlərdən neçə nəfəri Vətən müharibəsində iştirak edib?!»

Bu xəbəri paylaşın: