«Bir kəmər bir yol” layihəsi alternativsizdir, Bayden növbəti sərsəmliyini nümayiş etdirir

Bayden Consonla müzakirədə Çinin «bir kəmər bir yol” layihəsinə alternativ yaratmağı təklif edib: Vaşinqton-Pekin qarşıdurması daha sərt və açıq müstəvidə olacaq.


Bəzi siyasi şərhçilər hesab edir ki, layihənin hazırda ən perspektivli görünən Orta Dəhlizi üzərində yerləşən Azərbaycan Vaşinqtonun təzyiqi ilə üzləşə bilər. Lakin siyasi reallıqlar bunun tam əksini göstərir. Bölgədə ABŞ-ın təsir dairəsi və siyasi rıçaqları yürütdüyü siyasət nəticəsində iflasa uğrayıb.

Gürcüstan və qismən Ermənistan istisna olmaqla, ABŞ heç bir region dövlətində dayanıqlı mövqeyə sahib deyil. Ermənistan isə Rusiyanın platsdarmıdır və bunu Co Bayden erməni lobbisinin oyununa düşərək tam qeyb edəcəyi şəksizdir və hətta ABŞ Ermənistanda mövqe əldə edə bilsə belə «Bir kəmər bir yol” layihəsinin alternativi İranərazisidir.


Hazırda bu layihədə maraqlı olan dövlətlərlə ABŞ-ın ciddi problemlər yaşadığı ortadadır. Çin, Rusiya, İran və hətta NATO -da tərəfdaş olduğu Türkiyəyə qarşı siyasi etiketlərdən və əxlaqdan uzaq siyasət onun bölgədən tezliklə uzaqlaşdırılmasına səbəb olacaq. 50 ölkənin və 347 minlik ordunun dəstəyiylə soxulduğu Yaxın Şərqdə belə onun yanında bu gün İŞİD, PKK, PJD və s. terrorçu qruplar qalması faktın qaçılmazlığından xəbər verir.


ABŞ üçün Şərq səfəri bitmişdir. Çünki Co Baydeni ən perspektivli görünən Orta Dəhlizi üzərində yerləşən Azərbaycanda erməni lobbisinin əlaltısı və ədalətsiz 907-ci düzəlişin müəllifi kimi tanıyırlar. Belə bir adamın prezident olduğu ölkəyə güvənilməz.


Bu geosiyasi qarşıdurmada maraqlı dövlətlr geri addım atsalar belə, başlanmış türklərin inteqrasiya prosesləri daha bir alternativsiz variantımızdır. Bu güclərin qarşısında dik dayanmaq və Türkiyəni daha güclü etmək üçün bu inteqrasiya proseslərini bütün sahələrdə sürətləndirməyimiz yetərlidir. «Bir kəmər bir yol” layihəsinin bütün variantlarında Azərbayanın, yaxud da Türkiyənin olmaması mümkün deyil.

Xatırladaq ki, ABŞ-Çin ticarət müharibəsi 6 iyul 2018-ci ildə ABŞ-ın 34 milyard dollarlıq Çin məhsullarına 25% rüsum tətbiq etməsi ilə başladı. Bu, 2018 və 2019-cu illər ərzində qarşılıqlı tətbiq olunan bir sıra tariflərin birincisi idi. Dünyanın ən böyük 2 iqtisadiyyatı ABŞ və Çin arasındakı ticarət müharibəsi ilk olaraq ABŞ-ın bu ölkə ilə ticarətində idxalının ixracını üstələməsi və defisitin yaranması ilə ortaya çıxdı. Bu, hələ 2016-cı ildə ABŞ-ın prezident seçkiləri ilə bağlı kampaniyalarında müzakirə olunan əsas siyasi məsələlərdən birinə çevrilmişdi. 

«Bir kəmər bir yol” layihəsi iqtisadi-ticari bir layihədir. Proqnozlara görə, layihə çərçivəsində “Orta Dəhliz”ə 8 trilyon dollara qədər invesitisiya yatırılacaq. Təkcə yük daşımalarının 40 milyard dollar dəyərə malik olacağı gözənilir. Bu daşımaların ən azı 5, ən çox 10 faizinin Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Bakı-Tbilisi-Qars dəmir yolu marşrutu üzrə həyata keçirilməsi Azərbaycanın milyardlarla dollar gəlir əldə etməsi deməkdir. Bu ilkin proqnozlaşdırılan rəqəmlərdir. Gələcəkdə Mərkəzi Asiyanın enerji resurslarının Avropaya daşınmasında da Azərbaycan əsas tranzit xətt rolunu oynaya bilər.

X. Ədəboğlu

Bu xəbəri paylaşın: