Ermənistanın baş naziri Nikol Paşinyan apreldə istefaya gedəcək.
Bunu Armavir sakinləri ilə görüşündə Paşinyan özü deyib.
“Aprel ayında istefa verəcəyəm, ancaq hakimiyyəti tərk etmək üçün yox, erkən parlament seçkiləri keçirmək üçün. Baş nazir kimi fəaliyyət göstərməyə davam edəcəm”, – deyə Ermənistan rəhbəri vurğulayıb.
Onun sözlərinə görə, əgər vətəndaşlar öz etimad mandatını təsdiq etsələr, o və onun komandası onlara əvvəlkindən daha çox səmərə ilə xidmət etməyə davam edəcəklər.
Bu xəbəri paylaşın: