Xankənddə İrəvan ermənilərini qovurlar

İrəvanda «Yandeks» taksi şirkətinin sürücülərinin qarabağlı müştəriləri maşından düşürüb qovduqlarını və » Rədd olub gedin Qarabağa» dediklərini xəbər vermişdik. Bildirmişdik ki, bu qarşıdurma günbəgün genişlənməkdədir.

Bu dəfə xəbərin davamını Xankəndindən almaqdayıq. Azərbaycanın Xankəndi şəhərində «Sofiya» ticarət və əyləncə mərkəzində ermənilər arasında baş verən dava-dalaş nəticəsində 3 nəfər yaralanıb. Erməni mənbələrinin bildirdiyinə görə, Qarabağda yaşayan ermənilər də İrəvandan olan ermənilərin dərsini veriblər. Ermənistanın Ararat vilayətinin 31 yaşlı sakini M. Akopyan, İrəvanın 44 yaşlı sakini A. Karapetyan və Xankəndinin 39 yaşlı sakini S. X. arasında mübahisə sonradan bıçaqlanma ilə müşaiyyət olunub.

Nəticədə Ermənistan vətəndaşları müxtəlif dərəcəli bıçaq xəsarətləri vurulub, Xankəndi sakininin isə burun sümüyü sındırılıb.

Əli Nəsib Zərdabi

Bu xəbəri paylaşın: