AVMVİB Səlcuk Bayraktarı Xatirə medalı ilə təltif etdi

 Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Səlcuk Bayraktarı Xatirə medalı ilə təltif etdi.

Bu məlumatı AVMVİB sədrinin təşkilati işlər üzrə müavini Vahid Abdurəhmanov verib.

Vahid Abdurəhmanov bildirdi ki, bu gün Türk dünyasının fəxri olan Səlcuk Bayraktarı Birliyin təsis etdiyi «AVMVİB 25 İL» Xatirə medalı ilə təltif etməyi döyüşçülər öz mənəvi borcları hesab edirdilər. Düşmənə qarşı apardığımız Vətən müharibəsində rolu olmuş kimsəni unutmamağa çalışırıq. Belə şəxslərdən biri kimi üzvlərimizin istəyinə uyğun olaraq bu addımı atdıq və təltif münasibətiylə S. Bayraktarı təbrik edirik!

Elnur Səlim

Bu xəbəri paylaşın: