Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Zəngilan rayon şöbəsi 44 günlük Vətən müharibəsində iştirak etmiş bir qrup döyüşçüylə görüş keçirdi.
Tədbiri giriş sözüylə söbənin sədri Azad Musayev açaraq Şəhidlərin ruhunu 1 dəqiqləik sükutla yad etməyi təklif etdi.
Şəhidlərimizin ruhu yad edildikdən sonra gənc döyüşçülərə 28 illik erməni vəhşiliyinə son qoyulmasının təməlini qoyan 2016-cı il 4 günlük Aprel döyüşləri barədə məlumat verildi.
Sonra AVMVİB in yaranma tarixi, birliyin gördüyü işlər haqqında danışıldı.
Tədbirdə söz alan söbə sədrinin müavinləri Zakif Abbasov və Ənvər Qarayev, gənc veteranlara öz xeyir-dualarını verdilər. Gənc veteranlara da söz verildi.
Gənc döyüşçülərin problemləri dinlənildikdən sonra yeni üzvlərə birliyin üzvlük vəsiqəsi və Fəxri fərmanlar təqdim edildi.
:Azad Musayev
AVMVİB Zəngilan rayon şöbəsinin sədri







