Sabirabadlı veteranlar Şirvan Mərkəzi şəhər xəstəxanasında olublar

Sabirabadlı müharibə veteranları Şirvan Mərkəzi şəhər xəstəxanasında olublar.


Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Sabirabad rayon şöbəsinin sədri Faiq Hüseynov məlumat verib.


AVMVİB Sabirabad rayon şöbəsinin sədr Faiq Hüseynov və müavini İslam Aslanov bu günlərdə Şirvan Mərkəzi şəhər xəstəxanasında olmuşlar. Xəstəxananın kollektivinə rayon şöbəsi rəhbərliyi adından öz təşəkkürlərini bildirmişlər.


Vətənpərvər həkimlərə, Vətən müharibəsində yaralanan qazilərimizə göstərdikləri xüsusi diqqət və qayğıya görə Birlik adından təşəkkür edilib.
Xüsusilə də Terapeya və Qəbul şöbələrinin tibbi personalının fədakar fəaliyyətləri təqdir edilib.


Tibbi personaldan, nevropotoloq Sabir həkim, Təranə həkim,tibb bacılarından Aysel xanım, Gülnarə xanım, Nəzrin xanım, Kəmalə xanım, Güllü xanım və başqalarının bu günlərdə göstərdikləri fədakarlıqlar xüsusiylə qeyd olunub.

Türkay Xaqan

Bu xəbəri paylaşın: