ATƏT-in Minsk Qrupu həmsədrləri formatı fəaliyyət göstərir, amma bəzi problemlər var. Onlar Qarabağa səfər edə bilmirlər, çünki tərəflərin fərqli şərtləri var.
Bunu İşıqlı Ermənistan Partiyasının sədri Edmon Marukyan deyib.
“Buna qədər onlar Qarabağa Laçından gedirdilər, indi isə onlar bundan məhrum olublar. Çünki Bakı onların qarşısına şərt qoyub ki, Qarabağa yalnız Ağdamdan keçməklə gedə bilərlər”, — Marukyan bildirib.
Deməli, belə çıxır ki, ATƏT-in Minsk Qrupu həmsədrləri illərcə bölgəmizdə gördüyü işin mahiyyəti üzə çıxır. Biri «İsgəndər-M» atır, biri işğalçıya silah hədiyyə verir və o biri də işğalçıya yardımlar edir. Ona görə də bu şarlatanların missiyasına xitam verilməlidir. Həm də yəqin bu «3 bacı dolması»na bənzər üçlük, yəqin terrorçular qarşısında öhdəlik götürüblərmiş…
AVMVİB Mətbuat Xidməti
