“O da xəyanət edib, türkləri sevir” – Ovannisyan yeni “xain” tapdı

İkinci Qarabağ Müharibəsində Azərbaycana məğlubiyyətdən sonra Ermənistanda başlayan xaotik vəziyyət davam edir.

Teleqraf.com xəbər verir ki, Baş nazir Nikol Paşinyandan sonra bu dəfə Ermənistanın baş prokuroru Artur Davtyan radikal siyasi kəsimin hədəfinə tuş gəlib.

Belə ki, keçmiş ədliyyə naziri Arpina Ovannistan Ermənistan baş prokurorunu xəyanətdə, müharibə cinayətlərini gizlətməyə çalışmaqda ittiham edib.

O, Artur Davtyanı Azərbaycanın maraqlarına xidmət etməkdə də günahlandırıb və azərbaycanlılara simpatiya bəslədiyini bildirib:

“O, xainlərin sırasındadır, özü də türkləri sevir. Eyni zamanda, 5 000 övladımızın ölümündən, 10 000 yaralıdan, 3 500 itkindən və yüzlərlə əsirin taleyindən məsuliyyət daşıyır”.

Qeyd edək ki, Ermənistanın baş prokuroru bundan əvvəl ikinci prezident Robert Köçəryan və digər şəxslərin cinayət işi üzrə Konstitusiya Məhkəməsinə müraciət edib. O, Köçəryan və digər şəxslərin həbsini istəyib.

Robert Köçəryan 2008-ci il martın 1-də İrəvanda keçirilmiş dinc aksiyalarda iştirak edənlərə odlu silahlardan atəş açmaq əmri verməkdə ittiham olunur.

Bu xəbəri paylaşın: