
Kamil Şirinov
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədrinin I müavini
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədrinin I müavini Kamil Şirinov məsələyə sosial şəbəkədə münasibət bildirib.
Kamil Şirinov öz paylaşımında yazır: «Yaralı Qazilərə qarşı regionlarda olan ögey mūnasibət çox acınacaqlıdır. Mūdafiə Nazirliyinin hərbi hissə rəhbərlərinin, hospitallarının həkim personalı (44 gūnlūk mūharibədə fədakarlıq göstərən həkimlərə aid deyil — K.Ş.) onlarla maraqlanmırlar. Hərbi hospitalın poliklinikasının həkim komisiyası Şəhadətləndirməni peşəkarcasına aparmır, ayagları Yelizarov aparatinda, ayaqlarında mil gəzdirən əlilləri, sağalması mūmkūn olmayan yaralıları süründürürlər, yerli icra orqanları, DSŪÇX -nin yerli şöbələrinin yaralılarla bağlı fəaliyyəti faiz dərəcəsi ilə göstəricisi çox aşağıdır.
DOST deyilən qurum da öz işini 30, 40 nəfəri harasa göndərməklə nūmayiş etdirir. Olsun, istəməyən kor olsun. Amma yerlərdə olarkən onlara müraciət, zəng edənlərlə maraglansınlar. Belə olmaz. Əgər lazım olsa, o adamın telefonunu sizlərə təqdim edə bilərəm.
Vətən Mūharibəsindən Qələbə sevici ilə evinə dönmūş Vətən Mūharibəsi Iştirakçıları yūksək maaşlı işlə təmin olunsunlar. SOCAR-da, Azərsu-da, AzərQaz-da, xarici şirkətlərdə onlara iş verilməlidir. Bunu kim etməlidir, ayıbdı.
Bu cavanlar öz canlari bahasına bu Zəfər sevincini sizlərə yaşatdılar, Agalar. Sizin balalarınız bu sevinci milyonluq maşınlarında şəhərin kūçələrində qarşılayanda, bu Qəhramanlar Işgaldan azad etdikləri rayonlarda Üç rəngli Bayrağımızı qaldırırdilar.
Qeyrət Qalalarımızı geri qaytaran qəhramanlara sahib çıxın!
Barıt qoxusunu qoxlamayan, səngərin nə olduğunu televizorda görən, Nazirlər, komitə sədrləri, əməyin nə olduğunu, xəstənin nələr çəkdiyini bilməzlər?
Sizin evdə rahat yatmagnıza qarant olan kişi balalarınıza dayaq olun.
Son söz sizindi, Cənab Ali Baş Komandan! Əsgərləriniz Sizdən nicat gözləyir».
Silahlı Qüvvələrin Baş Klinik Hospitalından bu məsələyə aydınlıq gətirib.
Ehtiyatda olanlar, yəni 20 il xidmətdə olan zabit, gizir və onların ailə üzvləri bizim təminatımızdadırlar.
Bunu Silahlı Qüvvələrin Baş Klinik Hospitalının 2-ci Müalicə Korpusunun Tibbi Reabilitasiya bölməsində hərbi həkimlərin Vətən müharibəsi dövründə və işğaldan azad edilmiş ərazilərdə hazırkı fəaliyyəti ilə bağlı keçirilən brifinqdə Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinin rəisi vəzifəsini icra edən polkovnik Firudin Nəbiyev deyib.
“Hazırda xidmət edən hərbi qulluqçular və onların ailə üzvləri xərcləri ödəməklə bizim təminatımızdadırlar. Bəzən tərxis qazilərimiz şikayət edirlər ki, onlar hospitallarda müalicə olunsunlar. Bunu biz də istəyirik. Amma Azərbaycanın qanunlarına görə, biz onların müalicəsini təşkil edə bilmirik”.