Çin türk siyasətçiləri təhdid etdi: Səfir XİN-ə çağırıldı

Çinin Türkiyədəki səfiri Liu Şaobin Xarici İşlər Nazirliyinə çağırılıb.

Axar.az xəbər verir ki, Çin səfirliyinin Tvitter səhifəsindəki paylaşımdan dolayı yaranan narahatlıq səfirə bildirilib.

Qeyd edək ki, türkiyəli siyasətçilər Mansur Yavaş və Meral Akşener Barın qətliamının (uyğur soyqırımı — red.) 31-ci ildönümü ilə bağlı Tvitterdə paylaşım etmişdilər.

Bundan sonra Çinin Türkiyə səfirliyinin Tvitter səhifəsində həmin siyasətçilərin adları işarələnərək onların bu paylaşımlarına görə qarşılıq veriləcəyi bildirilib. Belə ki, Çin səfirliyi türk siyasətçiləri təhdid etməkdən çəkinməyib.

Bu xəbəri paylaşın: