TƏBRİK: SADİQ Səlimli — 1

Fedai.az saytının redaktoru, veteran hərəkatının könüllüsü Elnur Səlim, oğlu Sadiq Səlimlinin 1 yaşı ilə bağlı paylaşım edib. Təbriklərə qoşulur və təbrik mətnini sizlərə təqdim edirik:

İlk ad günün mübarək, oğlum!


Sənə həyatı sevərək yaşamaq diləyirəm. Nə qədər həyatı sevərək yaşasan, həyat da səni bir o qədər çox sevəcək. Daim sevdiklərinin ətrafında sevgi dolu, xoşbəxt günlər yaşa!

SADİQ SƏLİMLİ — 1

Tanrı sənə yar olsun. Daim adınla fəxr edək. Xalqına, elinə, obana, layiqli ovlad olasan.

Tanrı sənə yar olsun. Daim adınla fəxr edək. Xalqına, elinə, obana, layiqli ovlad olasan.


Sənə yaşadığın həyatı xoş əməllər sahibi olmağı, xeyirxah, başqalarının çətin anlarında onlara yardım əlini uzatmağa qadir olan bir şəxs kimi yetişməyi arzu edirəm.


Oğlum!

Özünə inanmağı, özünə hörmət etməyi həmişəlik yaddaşına həkk et! Hər kəs sənə səhv düşündüyünü söyləyəndə belə, sən doğrulardan dönmə! Bütün insanları dinləməyi bacar! Amma bütün dinlədiklərini həqiqət ələyindən keçir və sadəcə yaxşı olanları özünə pay götür. Xeyirxah, mərhəmətli ol, bacardığın qədər, yaxşılıq et. Təmənnasız, mənfəət güdmədən insanları sev. Sev ki, seviləsən.


Gözümüzün nuru olan Vətənimizi, hər zaman qoru.


Vətəndir insanın gözünün nuru,

Sən onu hər zaman canıntək qoru!

Böyükdən-kiçiyə hamı ürəkdən

Gərək anamızdır, söyləsin, VƏTƏN…


Susuz da olsan, ac da qalsan heç kimə əyilmə, namərdə ağız açma!

Tanrı övladısan sən,

Sonuncu qatdan gələn…

Özgə bir dinə gəlməz,

Mayası qurddan gələn.

Boz qurd kimi yaşa, Boz qurd kimi ol.


P.S. Doğum günün mübarək, balaca KİŞİ!

100 yaşa, Böyük adam!


Veteranlar adından Sadiq bəyin təbriklərinə qoşuluruq. Önəmli olan bir yaşına girməkdi, artıq bundan sonra gerisini Allah verər. Həyatda gözəl nə varsa sənin olsun, Sadiq bəy! 1 yaşının gerisinə daha neçə çox rəqəmlər yazılsın.

Bu xəbəri paylaşın: