Peskov Şuşaya atılan “İsgəndər”dən danışdı: “Mən heç nə bilmirəm…”

Rusiya Prezidentinin mətbuat Katibi Dmitri Peskov Azərbaycan hərbçilərinin Dağlıq Qarabağdakı “İsgəndər” raket kompleksinin qalıqlarının aşkarlaması barədə məlumatlarını hələ də təsdiq və təkzib etmədiyini söyləyib. 

“SAVAŞ” bildirir ki, bu barədə “İnterfaks Azərbaycan” məlumat yayıb.

“Raket barədə heç nə deyə bilmərəm, heç bir məlumatım da yoxdur”, – deyə o Azərbaycan tərəfindən müraciət edən jurnalistlərin müvafiq bəyanatına cavab olaraq bildirib.

Artıq keçən cümə günü jurnalistlər Bakıdan müvafiq mesajlar yayıldıqdan dərhal sonra oxşar sualla Peskovla əlaqə saxlayıblar.

Daha sonra Kremlin sözçüsü Prezident Vladimir Putinə bu barədə məlumat verildiyini və Rusiya hərbçilərinin bu mövzuda məlumatlarının olub olmadığı haqda bilmədiyini vurğulayıb.

Bu xəbəri paylaşın: