1942-ci ildə faşist Almaniyasında «Bakıya hücum» (Anschlaq auf Baku) adlı bədii film çəkilib. Filmin çəkilişləri 4 noyabr 1940-cı ildə, Barbarossa əməliyyatına hazırlıq dövründə başlanıb, 18 avqust 1942-ci ildə başa çatıb. Filmin bir premyerası da 11 mart 1943-cü ildə Fransada olub. Həmin filmə aid o dövrün bu orjinal fotoşəkili mənim şəxsi kolleksiyamdadır.
«Bakıya hücum» (alm. Anschlag auf Baku) — 1942-cü ildə çəkilmiş Almaniya triller filmi. Frits Kirçofun rejissorluğu, Hans Volfqanq Hillers və Hans Veydemannın ssenaristliyi ilə «UFA» tərəfindən çəkilən filmin baş rollarında Villi Frits, Rene Deltqen və Frits Kampers var.
Film İkinci Dünya müharibəsi dövründə çəkilmişdi və Anqlofobiyanı təbliğ edirdi. Filmin səhnə dizayneri Otto Hunte dövrünə görə çox uğurlu hesab edilirdi və filmdəki fəaliyyətinə görə çox təriflənmişdi. Filmin çəkilişləri Rumıniyada və Berlin şəhərindəki Babelsberq film studiyasında baş vermişdir.
Filmin çəkilişləri 4 noyabr 1940-cı ildə, Barbarossa əməliyyatının hazırlandığı dövrdə başlamışdır. Filmin dünya premyerası 18 avqust 1942-ci ildə baş tutdu. Filmin səhnəyə qoyulmasından 3 gün sonra isə Nasist bayrağı Elbrus dağına sancılmışdı. Filmin başqa bir premyerası isə Fransada, 11 mart 1943-cü ildə olub. Filmin çəkilişləri o dövr üçün fenomenal idi. 3.085.000 reyxsmarkdan (50.000.000 Azərbaycan manatı) daha çox başa gələn filmin qazancı gözlənilməz dərəcədə az olmuşdu.
Filmin çəkilişləri 4 noyabr 1940-cı ildə, Barbarossa əməliyyatının hazırlandığı dövrdə başlamışdır. Rejissor Kirçof Bakıya müəyyən qədər oxşayan bir şəhər lazım idi. Almaniyada belə bir ərazi yox idi. Buna görə də həmin səhnələr üçün Rumıniyanın Moreni və Beykoy şəhərləri seçildi. Digər səhnələr isə Polşa və Almaniyada çəkilirdi. Filmdəki əsgərlər Rumıniya krallığının öz ordusundan çəkiliş üçün ayırdılığı 900 nəfər əsl əsgər idi. Filmin inandırılıcığı üçün həqiqətən neft buruqları partladıldı və yanğınlar törədildi – ətraf kəndlərin camaatı isə partlayış səslərindən təəccüblənirdilər.
Filmdəki bütün aktyorlar avropalı idi. Filmin musiqisi ilə məşhur Avstriya bəstəkarı, Berlin filarmoniyasının konduktoru Aloiz Melixar məşğul olub.
Eldar Tağıyev
Ukrayna

FOTO: Filmə aid o dövrün orjinal fotoşəkili müəllifin şəxsi kolleksiyasındadır.
