Veteranlar separatçı rejimin seçki oyununu hiddətlə qarşıladılar

Tanınmamış «Dağlıq Qarabağ Respublikasında prezident və parlament seçkiləri» beynəlxalq aləmin Azərbaycanın, hətta namizədlərin, jurnalistlərin və müşahidəçilərin etirazlarına baxmayaraq işğal rejimi seçkiləri keçirdi. Düşmən tərəfin və cinayətkar separatçı rejimin bu addımı müharibə veteranlarının haqlı hiddətinə səbəb olub. Veteranlar hesab edir ki, XİN bəyanatından qurtulub Müdafiə Nazirliyinin əməli fəaliyyətini görmək istəyirlər.

На изображении может находиться: 1 человек, стоит


Öz etirazını bildirən AVMVİB sədrinin I müavini Kamil Şirinov erməni-rus hərbi quldur birləşmələri tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarında qondarma rejimin keçirdiyi seçkiləri qınayıb və sosial şəbəkədə paylaşım edib: «31 MARTDA QARABAGDA KEÇRILƏN SEÇKILƏR BU FIKIRLƏRİ YAZMAGA MƏNİ MƏCBUR ETDI.


ZAMAN — ZAMAN HƏR ŞEYNI SATIB PUL QAZANMAQ, VƏZIFƏ ŪÇŪN ŞEYTANLA İLLƏRDİR Kİ, SAZIŞƏ GEDƏN ZATI QIRIQLAR, BU MILLƏTIN QŪRURUNU QIRDILAR, İNDİ BİZİM TORPAQLARDA BÖYŪK ERMƏNISTAN QURULUR.


BIZ DƏ BABALARIMIZ KİMİ BIR ÇOXLARIMIZ ONUN -BUNUN QOLTUGUNDA YAXŞI YAŞAMAQ ŪÇŪN DINC DÖVŪRŪN LƏKƏSI OLDUQ. ON İLDƏN SONRA NƏ OLACAQ, GERIYƏ BAXANDA YAXŞI HEÇ NƏ GÖRMŪRƏM.


ŞƏHID QARDAŞLARIM MƏNI BAGIŞLAYIN! BIR VƏTƏNDAŞ OLARAQ 26 ILDƏ GÖRDŪKLƏRIM YETƏR. BU YÜK ÇƏKİLMƏSİ MÜMKÜN OLMAYAN BİR YÜKDÜR.»


Xatırladaq ki, 31 mart seçkiləri “DQR”-də beynəlxalq müşahidəçilərin olmadığı ilk «seçki» olub.

Elnur Səlim

Парламентские и президентские выборы в Карабахе (31 марта 2020).

Bu xəbəri paylaşın: