Şəhid və qazi atası vəfat edib

Şəhid və qazi atası, şair Talıb Mirzəyev (Qırxçıraqlı) vəfat edib.


Bu məlumatı Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Şirvan şəhər şöbəsinin sədri Babək Ədilov verib.


Mərhum Talıb Mirzəyevin şəhid oğlu Mahir Mirzəyev müxtəlif cəbhələrdə qəhrəmancasına döyüşüb və 1992-ci ildə yaralanıb. Hospitalda müalicə olunduqdan sonra yenidən cəbhəyə qayıdıb. 1994-cü ilin aprel ayında Füzuli rayonu Seyidəhmədli kəndi uğrunda gedən döyüşdə şəhid olub.
Mərhumun digər oğlu Tahir Mirzəyev də müxtəlif cəbhələrdə qəhrəmancasına döyüşüb və yaralanaraq II dərcəli Vətən müharibəsi əlilidir. AVMVİB Şirvan şəhər şöbəsinin üzvüdür.


Şəhid və qazi atası, şair Talıb Qırxçıraqlı vətənpərvər ruhlu şeirlərindən ibarət «Mənim əzablı günlərim» adlı şeirlər kitabı nəşr olunub. Şirvan şəhərində el ağsaqqalı və Vətənpərvər ziyalı kimi tanınmış Talıb Qırxçıraqlının əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.

BAŞSAĞLIĞI

AVMVİB və Şirvan şəhər şöbəsi Rəhbərliyi qazi Tahir Mirzəyevə atası Talıb Mirzəyevin vəfatından kədərləndiklərini bildirir və dərin hüznlə başsağlığı verirlər.


Məkanı cənnət olsun!


Allah rəhmət eləsin!

Bu xəbəri paylaşın: