KÖLGƏLƏR…

ALLAHVERDİ GÜNDOĞDU

Yazıçı, jurnalist, şəhid atası

AVMVİB-nin fəxri üzvü

Hökmü ədalətmi, bərə -bəndlərin?
Yolumuz üstündə bitən sədlərin.
Bizə əyri gələn həqiqətlərin,
Hardasa, hardasa düz yiyəsi var!
Elbariz Məmmədli

Kölgə deyəndə, ilk öncə adamın gözləri önünə Günəşin yandırıcı şüalarından qorunmaq üçün bir daldanacaq gəlir. Yaxud da el içində bir deyim var, filankəs filankəsin kölgəsində daldalanır və s.


Lakin bizim bəhs edəcəyimiz kölgə tamam başqa kölgədir. Məlumdur ki, Türk yaranışından dünyanın çaş gözünü çıxarmaqdadır. 1453-cü ildən bu yana isə şarlatan xaç dünyası dünya gözəli İstanbulun fəthini heç vəchlə sinirə bilmir. Son illər isə Türkiyənin istər iqtisadi, istər siyasi, istərsə də hərbi sənaye sahəsindəki sıçrayışı Qərbin yuxusunu qaçırıb. 50 il Türkiyəni Avropa Birliyi qapısında saxlayan Qərb haram yuxusundan ayılaraq, Türkiyə üzərinə açıq-aşkar səlib yürüşünə keçib. Rusiyanın və Qərbin yaratdığı anti Türkiyə yönümlü PKK örgütü 40 ildən bəri Türkiyədə on minlərlə mülki insanlarımızı və mehmetciklərimizi qətlə yetiriblər. Mənfur ASALAnın və Daşnaksyütunun bütün dünyanın hər yerində Türk vətəndaşlarına qarşı törətdikləri qətllər saysız- hesabsızdır.


Bu terrorçular isə Qərb ölkələrinin hər birində əl-qollarını sallayaraq, sərbəst şəkildə hərəkət edirlər. Niyə? Çünki bu cəlladların maliyyə qaynağı və murdar saçlarını tumarlayan, məhz özləridir. Bir diqqət yetirin, ABŞ PKK-nı terrorçu təşkilat kimi tanıdığı və Türkiyə ilə antiterror koolisiyasının üzvü olduğu halda, Suriya və İraqda PKK-nı YPG-ni və digər terrorçu təşkilatları maddi təminat və silah-sursatla açıqdan-açığa təmin etməkdən çəkinmir.
Son illər bu mövzuda Türkiyədə silsilə dizilər ekranlaşdırılıb. Deyək ki, «Qurdlar vadisi» , «Sakariya Fırat», «Söz», «Savaşçı» «Təşkilat» və s. Hazırda davam edən «Təşkilat»» serialında isə Almaniyanın kirli qucağına sığınmış PKK-nın yeni dövlət yaratmaq sevdası Türkiyəyə qarşı apardığı iyrənc mübarizədən bəhs edilir. İzləyənlər uduzmaz.


Yayımı ötən ildən yarımçıq qalan «Savaşçı» serialında KÖLGƏ adlı bir obraz var. Kimdir bu Kölgə? İngilislər tərəfindən xüsusi hazırlanaraq Yaxın Şərqə, o cümlədən Türkiyəyə göndərilmiş bir yaramaz. Türkiyədə, Suriyada, İraqda sonsuz sayda günahsız insanların qanını tökən bu terrorçunun amacı məlumdur. Öncə dünyada 83 %- i Türkiyəyə məxsus olan TORİUM elementini ələ keçirmək və qədim Babil dövlətini yaratmaq eşqi. Bu yaramaz böyük paralar hesabına gəncləri kütləvi surətdə terror hörgütünə cəlb edir, onlardan alət kimi eninə-boyuna istifadə edir. Onların kütləvi surətdə məhv olması, onunçün adi bir həşarat ölümü təsiri belə bağışlamır. Bu şarlatanın Babil krallığı yaratmaq eşqi eynən PKK-nın «Böyük Kürdüstan» dövləti sevdası ilə üst-üstə düşür. Onun bütün arzuları puç olandan sonra, məlum olur ki, uzun müddət Kölgə adı altında gizlənən bu yaramaz terrorçunun əsil adı Ferdinand imiş . Bax, belə!


Bütün dünyada kölgə iqtisadiyyatı, kölgə dövləti deyilən bir termin var. Bu kölgə iqtisadiyyatı bütün dünyanın hər yerində mövcud olsa da, mənfur sovetlər imperiyasında , o cümlədən Azərbaycanda tüğyan edərdi. Saxta araq istehsalı, zavod və fabriklərdəki ağılagəlməz maxinasiyalar, heyvandarlıqda, xüsusən də üzümçülükdə və pambıqçılıqda baş verən pripiskalar kölgə iqtisadiyyatının tərkib hissələri idi. Kölgə dövləti də onun kimi. Başda oturan məlum şəxslər, idarəçilər isə adları it dəftərində olmayan qara əl sahibləri olublar.

Bu gün bir qrup şarlatan meydana çıxıb, oturublar düşmənlərimizin kirli qucağında, Qərbdən dövlətimizə, millətimizə qarşı nifrinlər «istehsal» edirlər. Bir araşdıran oldumu ki, Cəbhə-Müsavat hakimiyyəti kimlərdən ibarət idi, onu kim yaratmışdı? Bu gün özünü Azərbaycanın siyasi səhnəsində bayquş kimi qalanların kimliyini araşdıran oldumu? Çoxları bilməlidi ki, belələri, məhz hakimiyyət daxilindəki anti milli dairələrin özündən qidalanır. Sadəcə onun ətrafında olan, illərdir onunla çiyin-çiyinə gedənlərə üzülməmək olmur.


Məgər aksioma deyilmi, vəzifələrini «donduran» bu «bəylər»in heç birinin burnu qanamadı, cüzi istisnalarla hansı təqibə məruz qaldılar? Dövlət olan yerdə kim idi Vətən xaini Surət Hüseynov, yaxud da Əlikram Hümbətov Dövlətə qarşı çıxa?

Araşdırdınızmı «bəylər», istər sizin dövrdə, istərsə də mövcud hakimiyyətin dövründə Qanlı Yanvar soyqırımını, Xocalı və digər qətliamları? Heydər Əliyevə şıllaq atdınız, onu məgər başda lideriniz olmaqla siz yalvarıb gətirmədinizmi? Əlinizdə alətə çevirdiyiniz bir Qurban Məmmədovunuz var, bu gün onu dövlətimizin əleyhinə hürdürürsünüz. Nə tez unutdunuz, bu satqını vaxtilə öz satqınçılığı üzündən məhbəsə atıldı. Yoxsa bu da yalandı?
Bu gün İlham Əliyevin ünvanına nifrinlər püskürürsünüz. Haqlısınızmı? Əsla! Onun 18 il ərzində gördükləri göz qabağındadır. Xüsusilə Qarabağ Zəfəri. Türkün düşməni olan Avropaya, xüsusilə Fransa və Rusiyaya dirsək göstərmək məgər asan məsələ idimi? Yüz il ərzində mənfur ermənilərin yaratdıqları daşlaşmış informasiya blokadasını 44 gün ərzində paramparça edən, məhz o olmadımı?


Bununla yanaşı, daxili idarəçilikdəki bərbad vəziyyət hər kəsə aydındır. H. Əliyev dönəmindən başlayan bu bataqlıq indi də davam etməkdədir. Belə ki, hakimiyyətin bütün strukturları yadelli, yadqanlıların, fetoçuların, PKK-çıların, rusbaşlıların, kosmopolitlərin, o cümlədən haykanuşun biclərinin nəzarətindədir.


Təsəvvür edin ki, bir PKK-ya simpatiyası olanlar yüksək vəzifələr tuturlar. Bildiyiniz kimi son vaxtlar düşüblər haykanuş mənşəli ƏSMN Sahil Babayevin üstünə. Məgər bu boyda maxinasiyaları o edibmi? Buna qədər o kürsüyə sahib olanlar nə işlə məşul olublar? Yüz minlərlə insanı əlilliyə görə pensiyaya çıxaranların adı dilə gətirilmir. 7-8 nəfərdən ibarət ailə var ki, onun 4-5 üzvü yaşından asılı olmayaraq pensiya alır. Belə biabırçılıqlar bir günün, beş günün işi deyildir. Dovləti başdan-başa çulğayan bu biabırçılıqlar zaman-zaman formalaşıb. Bəzi ağzıgöyçəklər tapılır ki, deyirlər, İ. Əliyev yaxşıdır, ətrafı pisdir. Mən belə deyənləri lənətləyirəm. Məgər siz onları Prezidentdən yaxşı tanıyırsınız? O, hər şeyi hamıdan yaxşı bilir. Heydər Əliyev dönəmində bir xanım jurnalist Prezidentə sual verdi ki, cənab Prezident ,ola bilər ki, ölkədə baş verən bəzi neqativ hallardan xəbəriniz olmasın? O, bir qədər rişxəndlə, gülə-gülə özünəxas şəkildə dedi ki, ay qızım, indi siz məndən müsahibə götürdüyünüz anda, qarşımızda olan binanın arxasında nə hadisələr baş verdiyini görürəm. Demir ey, təsəvvür edirəm, birbaşa gördüyünü deyirdi.


Belə həssas məqamda dövlətimiz, daxildə yaratmış olduğu bataqlıqdan xilas olmağa cəhd etməsə, Qarabağda uca Şəhidlərimizin, qəhrəman Qazi və veteranlarımızın müzəffər Azərbaycan Ordusunun, Ali Baş Komandanın sayəsində qazanılan böyük Zəfərlərin bir anlamı qalmayacaq…


Bütün dövrlərdə kadr seçimi məsələsi dövlətin baş ağrısı olub. Bu gün də həmin tendensiya davam etməkdədir. 2-3 il əvvəl intellekt səviyyəsinə çox rəğbətim olan , kənd təsərrüfatından əsla başı çıxmayan şəhər uşağı İnam Kərimovu Kənd Təsərrüfatı naziri təyin etdi. Onun davranışı və nəticə göz qabağındadır. Bu binəvanın davranışından yaranan lətifələri də bilirsiniz. İnamın inamsız yolu bu gün də davam etməkdədir…


Birsözlə, ölkədə kölgə hakimiyyəti meydan sulayır. Fetoçuların, PKK-çıların, rusların nökərləri əzmlə iş başındadırlar. Hələ də həşəmətli Azərbaycan mətbuatı ramiz mehtiyev, əli həsənov tandeminin yaratdıqları divarı keçə bilmir. Onların Avropaya «ezam» etdikləri çoxsaylı bayquşlar hələ də ulamaqdadırlar. Çoxları düşünür ki, bu tipləri nədən rədd etmirlər? Belə çıxır ki, dövlət hələ ki, KÖLGƏNİN qabağında acizdir…

Nə deyim vallah!


Sadəcə yaşamağıma güc verən yeganə amil qardaş Türkiyənin dəmir əllərinin çiynimizdə olmasıdır. Bir əminliyim də var ki, Azərbaycan öz şanlı tarixini məhz Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında yazacaq. Qarabağda tarix yazan Komandan ona da layiq olmalıdır. Biz nicatımızı başqa yerdə axtarmamalıyıq!

Uca Şəhidlərimizə və qəhrəman qazilərimizə sayğılarımla!

Bu xəbəri paylaşın: