Ukraynalı ekspert: Ermənilər bunu qəzəbdən edib

Digər ölkələr Ermənistanın Azərbaycana minalanmış ərazi xəritələrini verməkdən imtina etməsi məsələsini Qərbdə qaldırmalıdır.

Trend xəbər verir ki, bu barədə Ukrayna Kiyev-Mogilyov Akademiyası Milli Universitetinin professoru Taras Kuzio bildirib.

O vurğulayıb ki, indi minaların partlamasından ölən insanlar hərbi deyil, mülki insanlardır və bunların üçdə biri uşaqlardır.

Professor ermənilərin iki dəfə mina qoyduğunu qeyd edib:

«İlk dəfə bunu işğal dövründə, ikinci dəfə isə azad edilmiş torpaqları tərk edən zaman. Onlar qəsdən məcburi köçkünlərin geri qayıda bilməmələri üçün şərait yaratmaq istəyirdilər».

«Onlar bunu məğlubiyyətə görə qəzəbdən ediblər», — dəyə professor əlavə edib.

Bu xəbəri paylaşın: