Bu dəfə erməni konstitusiya mütəxəssisi Gohar Meloyan 2016-cı ilin aprel müharibəsində erməni tərəfinin məğlubiyyətinin detallarını açıqlayıb
Qarabağdakı 44 günlük müharibədən sonra Ermənistan cəmiyyətində ordunun acıqnaqlı vəziyyəti hərbi-siyasi hakimiyyətrin yalanlarının ifşası davam edir.
Qazet.az xəbər verir ki, bu dəfə erməni konstitusiya mütəxəssisi Gohar Meloyan 2016-cı ilin aprel müharibəsində erməni tərəfinin məğlubiyyətinin detallarını açıqlayıb.
“Hər üç Qarabağ müharibəsi zamanı hakimiyyətin etdiyi ən kobud səhv məlumatların əhalidən gizlədilməsi idi. 2016-cı ildə ”artsax müdafiə ordusu»nun (Erməni tərəfinin qondarma rejimin “ordusu”na verdiyi ad — red.) onurğasını sındıran və üçüncü Qarabağ müharibəsinin nəticəsini əvvəlcədən müəyyənləşdirən Lələtəpə hərbi əməliyyatı ilə bağlı danışmaq lazımdır. Bu uğursuzluq nəticəsində erməni tərəfi aşağıdakı itkiləri verdi:
-600-dən çox canlı qüvvə
-Ordunun ən yaxşı zərbə və ehtiyat qüvvələri darmadağın edildi
-Düşmən Cəbrayılı tutmuşdu və Hadruta yaxınlaşmışdı
Bir çox erməni-xarici hərbi analitikin fikrincə, bu rüsvayçı hərbi əməliyyat müharibənin nəticəsini tamamilə əvvəlcədən müəyyənləşdirdi, nəticədə düşmən Cəbrayıl-Qarnıyarığı asanlıqla ələ keçirdi və Füzuli, Xudafərin, Zəngilana yol açaraq Hadruta girdi.
Hakimiyyət meydana gələn vəziyyəti öz xalqından gizlətmək üçün müharibədən 12 gün sonra bir gün ərzində məlumatların yayılmasını məhdudlaşdıran qanun layihəsi qəbul etdi, müharibənin “müsbət” gedişi ilə bağlı təbliğat gücləndi. Həddindən artıq apatiya hər zaman cəzalandırılır», — deyə Meloyan öz “Facebook” səhifəsində yazıb.