Satqınlıq erməni xislətidir. Bu gün Qəhrəman ordumuzun vurduğu zərbədən şoka düşən bu xəyanətkar toplum bir gün içində, həm öz prezidentlərini, həm də qondardıqları əldəqayırma separatçı «prezidenti» satqın elan ediblər…

Ermənistanda 53 vəkil Prezident Armen Sərkisyanın İngiltərə vətəndaşı olduğu və erməni xalqından bəzi özəl informasiyaları gizlətdiyi ittihamı ilə prokurorluğa müraciət edib.
1993-1996-cı illərdə Ermənistan baş naziri postunu tutmuş Azadlıq Partiyasının sədri Qrant Baqratyan isə Prezident Armen Sərkisyanı “Mİ6 agenti” adlandırıb.
Sərkisyanı Britaniyanın maraqlarına xidmət etməkdə ittiham edən Baqratyan onun erməni xalqına xəyanət etdiyini bildirib. O əlavə edib ki, prezident konstitusiyaya zidd və təhlükəli oyunlar oynayır.
Ermənistanın sosial mediasında qalmaqallı xəbərləri ilə tanınan Qaqik Soqomonyan adlı bloger isə Araiki xain elan edən məlumat yayıb.
Soqomonyan Qarabağ terrorçularının rəhbəri Arayik Arutunyanın aprelin 9-u axşam saat 22:00-23:00 aralığında Şuşa şəhərinə gəldiyini yazıb.
O, Arutunyanın Şuşada Azərbaycan Ordusunun yüksək çinli zabitləri ilə danışıqlar apardığını qeyd edib. Danışıqlar zamanı sülhməramlı missiyanın nəzarət etdiyi Xocalı şəhərinə azərbaycanlı məcburi köçkünlərin 2022-ci ildə dönüşü müzakirə olunub. Əvəzində Azərbaycanda saxlanılan erməni diversantların İrəvana təhvil verilməsi barədə fikir mübadiləsi aparılıb.
Qaqik Soqomonyan Ermənistan rəsmilərindən bu məlumata rekasiya verməyi tələb edib.
