Bakıda bir məktəbin 2 müəllimi koronavirusun qurbanı oldu

Bakıda yerləşən bu məktəbdən 2 müəllimə 4 gün fərqlə koronavirus qurbanı oldu…

4 gün ərzində eyni məktəbdən iki müəllim koronavirusdan vəfat edib.

Söhbət Bakıda yerləşən 20 nömrəli məktəb-liseyin müəllimləri İradə Tağıyeva və Lalə Kərimovadan gedir.

Riyaziyyat müəllimi olan İradə Tağıyeva aprelin 10-da, İngilis dili fənnini tədris edən Lalə Kərimova isə bu gün Covid-19-un qurbanı olub.(Sfera.az)

Bu xəbəri paylaşın: