“Azərsu» ASC NÖCİ, Binəqədi SKİ üzrə Fakturalama qrupunun rəhbəri Elçin Təmraz oğlu Ömərov, müharibə veteranlarına, şəhid ailələrinə və müharibə əlillərinə göstərdiyi diqqət və qayğıya görə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) tərəfindən Fəxri Fərmanla təltif olunub.
Fəxri Fərmanı Elçin Ömərova AVMVİB Binəqədi rayon şöbəsinin sədri Mərdan Ələsgərov təqdim edib.
Təqdimat zamanı AVMVİB Binəqədi rayon şöbəsinin sədri M. Ələsgərov bildirdi ki, ölkəmiz 44 günlük əks-hücum əməliyyatlarını müvəffəqiyyətlə başa vurdu. Vətən müharibəsi bizim böyük zəfərimizlə bitdi. Biz Ali Baş Komandanımız cənab İlham Əliyevin ətrafında bir yumruq kimi birləşdik, bir olduq, həmrəy olduq!

Vətən müharibəsində “Azərsu» ASC –nin rəhbərliyi başda olmaqla bütün əməkdaşları ordumuza həm maddi, həm də mənəvi dəstək oldu.
Mərdan Ələsgərov qeyd etdi ki, «Azərsu» ASC –nin rəhbərliyi bu gün də şəhid və qazi ailələrinə diqqət və qayğı ilə yanaşmaqdadır. Azərbaycan Respublikasının prezidentinin göstəriş və tapşırıqlarına əsasən bu təbəqədən olan insanlara daim qayğı ilə yanaşırlar. Ona görə də rayon veteranları adından bu istiqamətdə fərqlənən “Azərsu» ASC NÖCİ, Binəqədi SKİ üzrə Fakturalama qrupunun rəhbəri Elçin Təmraz oğlu Ömərovu Fəxri fərmanla təltif etdik.
Təbrik edirik!
Bu cür humanist addımlar atdıqlarına görə, «Azərsu» ASC –nin rəhbərliyi başda olmaqla bütün əməkdaşlarına öz təşkkürümü bildirirəm.
D.D. Elnur Səlim
