Azərbaycan Vətən Müharibəsi Veteranı İctimai Birliyinin (AVMVİB) üzvü, şərəfli və ağır döyüş yolu keçmiş, hərbi həkim kimi müxtəlif cəbhələrdə onlarla əsgər və zabitimizin həyatını xilas etmiş İmran Qurbanovun ad günüdür.
44 günlük Vətən müharibəsi günlərində də gendə durmayıb Naftalan şəhərində yaralılara ilk yardımın təşkilində misilsiz xidmətlər göstərmiş və illərcə cəbhədə qazandığı təcrübəni həkimlərimizlə paylaşmışdır.
Bu gün İmran Qurbanovun 57 yaşı tamam olur. AVMVİB Rəhbərliyi ad günü münasibətiylə İmran Qurbanovu ürəkdən təbrik edir, uzun ömür, can sağlığı və gələcək fəaliyyətində də uğurlar arzu edirik!
100 yaşa, İmran bəy!
Bütün gözəlliklər sənin olsun!
AVMVİB Rəhbərliyi, Fedai.az kollektivi








