Rusiya bütün sahələrdə Azərbaycana qarşı hücumlarını davam etdirir

Rusiya bütün sahələrdə Azərbaycana qarşı hücumlarını davam etdirir. Ələ düşən ən xırda məqamı belə əldən vermədiyi ortadadır. Simonyan Marqaritanın «Sputnik»inin foto-müxbiri Valeri Melnikovun çəkdiyi fotolar əsasən Laçın və Kəlbəcərdə çəkilib. Rus faşizminin nümayəndələri, hətta azərbaycanlılara məxsus əmlaka qarşı törədilmiş erməni vandalizmini erməni «əzabkeşliyi» kimi sırımağa çalışırlar.

Dünyanın aparıcı foto mükafatı olan World Press Photo-nin münsiflər heyəti 2021-ci ilin nəticələrini açıqladı. «Main News / Series» kateqoriyasında ən yaxşı RİA Novosti-nin xüsusi fotomüxbiri Valeri Melnikovun foto layihəsi olaraq tanınıb.


“İtirilmiş cənnət” adlı foto serial 2020-ci ilin sentyabr-noyabr aylarında Dağlıq Qarabağdakı silahlı qarşıdurma zamanı lentə alınıb və “qaynar nöqtələr” və həyatını müharibəyə qırılan insanları əks etdirir.


Qeyd edək ki, Valeri Melnikov üçüncü dəfə World Press Photo laureatı olub. Qızıl mükafatlara layiq görülən əvvəlki foto layihələri, Ukraynanın şərqindəki hərbi qarşıdurma zamanı onun tərəfindən çəkilmişdi.

Dağlıq Qarabağdakı evin tərk edilməsi. Fotoqraf Valeri Melnikov (Sputnik) LAÇIN


Azat Gevorkian və xanımı Antik 28 noyabrda Laçındakı evlərindən ayrılmazdan əvvəl.


Bir çox ermənilər Azərbaycan hakimiyyətinin nəzarəti altına keçən əraziləri tərk etdi. Dağlıq Qarabağdakı ikinci müharibədən sonra Laçın bölgəsi Ermənistanın tərk etdiyi üç bölgədən sonuncusu oldu.

Kəlbəcərdə illərlə zəbt edib yaşadığı azərbaycanlıya məxsus evi yandıran vandal erməni «əzabkeşi»

Valeri Melnikov bir anda üç kateqoriyada mükafata namizəd göstərildi: Baş xəbər, silsilə (General News/Stories), İlin fototarixçəsi (General News Story), İlin fotosu (World Press Photo of the Year).


«WPP dünyanın ən yüksək rəqabətinə və yarışmanın səviyyəsinə görə nüfuza sahibdir». Bunu qanunsuz Qarabağda fotoqraflıq edən Melnikov deyib.


— Hansı yerin 15 apreldə elan olunacağı vacib deyil. Əsəri dünyanın hər yerində çox sayda insanın görməsi vacibdir ”, — deyə Melnikov şərh edib.

İstirahət edən əsgər. Cəbrayıl, Azərbaycan. Fotoqraf Vaginyak Qazaryan

2020-ci ilin payızında Dağlıq Qarabağda Ermənistanla Azərbaycan arasında hərbi münaqişə alovlandı. Müharibə 27 sentyabr — 9 noyabr arasında davam etdi və faktiki olaraq Azərbaycan tərəfinin qələbəsi ilə başa çatdı. Ermənilər Qarabağ ərazilərinin əhəmiyyətli bir hissəsini tərk etmək məcburiyyətində qaldılar.

Fedai.az Araşdırma Qrupu

Bu xəbəri paylaşın: