Bir şəkilin tarixçəsi…

Döyüşçü İlkin Rzaquliyev yazır: «27.09.2020-ci il Alxanlı kəndi. Ağlımıza gəlməzdi ki, şəhidlik, qazilik, veteranlıq bir addım qədər bizə yaxın imiş.

Soldan- sağa, leytenant Qurbanlı Vüsal qazi (02.10.20) — köməkçi vasitələrlə gəzir, kiçik çavuş Əsgərov Xəqani şəhid (29.09.20), Nayıbov Elədəniz qazi (01.10.20)- 20-dən artıq qəlpə gəzdirir bədənində.

Arxa fonda gizir Ağahüseynli Ziya qazi (30.09.20) şükürlər olsun, uca Tanrıya son günlərdə artıq tam sərbəst, köməksiz filan özü yeriyir. Və mən baş leytenant Rzaquliyev İlkin.

5 apreldə qolumda və əlimdə qəlpələrin qaldığını Papanində dilimə gətirdim. Amma inanın ki, bu şəkilə qədər hamımız bir-birimizdən sağlam idik. Hamısını orda qoyub qayıtdıq. Vətən sağ olsun. Tanrı özü köməyimiz olsun.

Amin!»

Bu xəbəri paylaşın: