Ermənistanın ARGENTİNADAKI səfiri vəzifəsindən və Ermənistana qayıtmaqdan imtina etdi.
Ermənistan Xarici İşlər Nazirliyindən erməni mediyasına sızan etibarlı mənbənin məlumatına görə, Ermənistanın Argentinadakı səfiri Ester Mkrtumyan ölkəsində baş verən biabırçı hadisələrə görə Ermənistana qayıtmamaq üçün vəzifəsindən imtina etdi.
Maraqlıdır ki, o, bunu etməzdən əvvəl Argentinada — hava alanında başqa bir işə də düzəldi.
Beynəlxalq münasibətlərdə bu, Ermənistanın nüfuzunu ləkələyən biabırçı bir addım olsa da, Xarici İşlər Nazirliyinin mənbələrinə görə, 2018-ci ildən sonra bu Ermənistanda çox yayılmış bir praktikadır. Səfirlərin çoxu istefadan sonra ölkədəki ədalətsizlik və sosial problemlər üzündən geri qayıtmaqdan imtina edirlər.
İSMAYIL TANRIVERDİ
BDU-nun Erməni araşdırmaları Mərkəzinin rəhbəri
