Rusiyada həbsxanada saxlanılan Rusiya müxalifətinin lideri Aleksey Navalnının həkimləri bildiriblər ki, ona tibbi yardım göstərilməsə, Navalnı «yaxın bir neçə gün ərzində ölə bilər.»
Onun son qan analizini təhlil edən həkimlər qeyd ediblər ki, testin nəticələrinə görə Navalnının hər an ürək tutmadan və ya böyrək çatışmazlığı səbəbindən ölmək təhlükəsi mövcuddur.
Kəskin bel ağrısı və ayaq keyləşməsindən əziyyət çəkən Navalnı mülki həkimin onu müayinə etməsi tələbi ilə 18 gündür ki, aclıq aksiyası keçirir.
Prezident Vladimir Putinin kəskin tənqidçisi sayılan Navalnı fevral ayında köhnə maliyyə fırıldağı ittihamı ilə həbs olunub.
Həkimlər həbsxana rəsmilərindən «qan testlərini və onun son zəhərlənməsini nəzərə alaraq» dərhal Navalnını müayinə etməyə icazə istəyiblər.
44 yaşlı Aleksey Navalnı 2020-ci ilin avqust ayında Noviçok adlı kimyəvi sinir-iflic maddə ilə zəhərləndirilmişdi və nəticədə, uzun müddətli komaya düşmüşdü.
Navalnı bu hadisəyə görə Prezident Vladimir Putini onun zəhərləndirilməsinə əmr verməkdə ittiham edir, Kremlin bu ittihamı rədd edir.
Navalnı öz həkimləri tərəfindən müayinə olunmaq tələbi ilə aclıq aksiyası keçirir.
Aleksey Navalnın Rusiyada saxlandığı həbsxananın rəhbərliyi isə müxalifətçinin həkim müalicəsindən imtina etdiyini bildirib.(BBC)