Dünyanın ən təsirli və ən anlamlı fotosu.
Şəhid Dilqəm Şirinovun anası Sürəyya xanım və şəhidin çəkməsində qardaşı qızı gül əkirlər.
Şəhidlər ölməz, unudulmaz! İllər keçsə də, gələcək nəsillər onları hər zaman böyük minnətdarlıq duyğusu ilə yad edəcəklər. Şəhidlərin davamçısı varsa, xatirələri hər yerdə anılırsa, deməli, onlar ölməyib, ürəklərdə daim yaşayırlar. Hər birimizin vətəndaşlıq borcudur ki, şəhidlikləri ilə bizə qələbə sevinci yaşadan bu oğullarımızı daim qəlbimizdə yaşadaq.
Allah şəhidlərimizə rəhmət eləsin!
Leyla Həsənova

Bu xəbəri paylaşın:
