Ermənistanda əsgər intihar edib

Ermənistanın cənubunda yerləşən hərbi hissələrdən birində xidmət edən əsgər intihar edib.

Ermənistan Müdafiə Nazirliyindən bildirilib ki, əsgər Narek Xaçaturyan bu gün asılmış vəziyyətdə aşkarlanıb.

Onun bu il hərbi xidmətə çağırıldığı bildirilir.

Hadisə ilə bağlı cinayət işi açılıb və araşdırma aparılır.

Bu xəbəri paylaşın: