Qazi ata şəhid oğlunun diplomunu götürməyə gəldi…

Şəkildə gördüyünüz Vətən müharibəsinin şəhidi, Bakı Slavyan Universitetinin məzunu Kənan Rüstəmlinin atası Yalçın atadır.

Diplomu alandan sonra duyğularını səssizcə qoruyurdu, amma şəhid məzunlar lövhəsində öğlunun şəklini görəndə özünü saxlaya bilmədi:

«Mən Qarabağ qazisiyəm. Mənim qismətimdə qazilik, oğlumun qismətində şəhid olmaq varmış…»

Atası Kənanın diplomunu elə əzizlədi, bağrına basıb elə ağladı ki…

Gülayə Məcid

Bu xəbəri paylaşın: