Onlar Vətəni qorudular, sıra Vətəndə…

Elşad Barat yazır…

M 2 nömrəli avtobusda bir qazini əsmə tutub, narahat olub, adamlar kömək ediblər, yıxılmağa qoymayıblar. Qazi dərman almaq üçün aptekə gedirmiş. Aylıq 80 manat pul yazasıdılar, onu da ala bilmirlər.

Elə gərək gözümüzlə görək ki, bu qazinin ayağı yoxdu, qolu yoxdu, sonra ona pensiya ayıraq? Axı görmədiyimiz min cürə xəstəliklər — psixoloji durum, travma, qorxudan yaranan xeyli xəstəliklər var. Ki o xəstəliklər bir qolunu itirməkdən daha çox səhət problemidir. Niyə o məsələlər nəzərə alınmır və ya cüzi alınır?

Sağlamlığını itirmiş qazilərimiz də bizim şəhidlərimizdir. Birinin qolu şəhiddir, birinin ayağı şəhiddir, birinin psixoloji rahatlığı şəhiddir, birinin yaddaşı şəhiddir.

Bu qazimizi də qəfildən əsməcə tutursa və bunun səbəbini bilən yoxdursa, deməli, canından bir parçası, ruhundan bir parçası, səhhətindən bir parçası şəhid olub.

Bu xəbəri paylaşın: