Bayden Ərdoğanı məlumatlandırdı — «Bloomberg»dən ilginc iddia

Bayden Ərdoğanı bu gün 1915-ci il hadisələrini «soyqırımı» adlandıracağı barədə məlumatlandırıb.

Teleqraf.com xəbər verir ki, bu barədə «Bloomberg» agentliyi məlumat yayıb.

Bununla belə nə Türkiyə Prezidentinin ofisinin, nə də Ağ evin telefon danışığı barədə açıqlamasında bu barədə heç nə deyilməyib.

«Bloomberg» yazır ki, Bayden son 40 il ərzində bu sözü işlədən ilk Amerika Prezidenti olacaq.

Sonuncu dəfə 1981-ci ildə Ronald Reyqan 1915-ci il hadisələrini «genosid» adlandırıb. Ancaq o, Türkiyənin təzyiqi nəticəsində qısa müddətdə öz mövqeyindən geri çəkilib.

ABŞ Prezidenti Co Baydenlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı baş tutub.

Axar.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

“Liderlər ikitərəfli və regional məsələlərin bütün spektrlərini müzakirə etmək üçün NATO-nun iyunda keçiriləcək sammitində şəxsən görüşməklə bağlı razılaşıblar”, — məlumatda qeyd olunub.

Blumberq agentliyinin məlumatına görə, Bayden telefon danışığı zamanı qondarma soyqırımı tanıyacağını bildirib.

Bu xəbəri paylaşın: