Ərdoğan İraqdakı əməliyyatla bağlı açıqlama verdi

Nə Türkiyənin, nə İraqın, nə də Suriyanın gələcəyində terror təşkilatlarına və terrorizmə yer var.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan türk ordusunun bu gün İraqda başlatdığı genişmiqyaslı antiterror əməliyyatına münasibət bildirərkən deyib.

O qeyd edib ki, bu ana qədər çox sayda terrorçu zərərsizləşdirilib:

“Qonşu İraqın ərazi bütövlüyünə hörmət edilərək aparılan əməliyyatlar bölgədə sülhün təmin edilməsində əhəmiyyətli rol oynayacaq. Bundan başqa, əməliyyatlarda Türkiyə milli müdafiə sənayesi məhsullarından istifadə edilməsi bizi fərəhləndirir. Türkiyə beynəlxalq hüquq normaları çərçivəsində bölgəni qan gölünə çevirən qatil sürülərinin kökünü qurudana qədər mübarizəsini davam etdirəcək”.

Xatırladaq ki, Şimali İraqdakı Metina, Zap, Avaşin-Basyan və Qəndildəki PKK hədəflərinə yerdən və havadan zərbələr endirilib. Əməliyyatda F-16-larla yanaşı, sərhəddəki topçu birlikləri və hücum helikopterləri də iştirak edib.

Məlumata görə, çoxlu sayda döyüş təyyarəsi və PUA-larla terrorçuların sığınacaqları, silah-sursat anbarları darmadağın edilir.

Bu xəbəri paylaşın: