TƏBRİK: HACI HƏSƏN — 50

Bismilahir Rəhmanir Rəhim!


Burdan köçüb gedənlər təzdən dönə bilərmiş,
Gözündən yaş axanlar, gözdən yaşı silərmiş,
Dünən aman verməyən bu gün imdad dilərmiş,
Namərd düşmən, qaç indi, Azərbaycan gəlir,
Zəfərimin imzası, əziz Zəngilan gəlir.
(Aynur Bağırzadə)

Əziz Hacı Həsən! İllərdir səni tanıyıram və şəxsiyyətinə, sənətinə, insanlığına böyük hörmətim var .

50 yaşın tamam olanda 2014-cü ildən bəri barəndə yazdıqlarımın hamısını bir yerə topladım. Onlar itib-batmasın deyə hamısını bir kitabda topladım. Sonra da səni tanıyanların barəndə fikirlərini topladım. İstəyirdim ki, sənə başqalarının gözü ilə baxım. Bu məqsədlə 50 yaşına 50 fərqli şəxsin müsahibəsini aldım. Onların hamısını diqqətlə nəzərdən keçirdim. Orada fərqli düşüncələrlə rastlaşdım. Ta uşaqlığını görmüş, sənə dərs demiş, döyüş yoldaşı olmuş, məktəb yoldaşı olmuş, qələm dostları, ruhani-ilahiyyatçı, tarixçi, müxtəlif təbəqələrdən olan alim, yazar, şair, din xadimi, qohum, sıravi bir şəxsin və başqalarının fikirləri lə tanış oldum.

Onların arasında bir çoxları tələb etdi ki, onun müəlliflk hüqqunu nəzərə alıb bir kəlməsinə belə toxunmayım. Müsahibəsini olduğu kimi təqdim etdim. Əslində belələri çox oldu. Demək olar ki, 95 faiz. Yalnız o müsahiblərin yazılarına müdaxilə olundu ki, onlar məndən onun dediklərini bədii dildə yazmağı xahiş etmişdir. Onların da bütün tələblərini nəzərə aldım. Çox təəssüf edirəm artıq onlardan birini tələbəlik dostum- tarixçi, AMEA-nın Tarix İnstitutunun əməkdaşı, Dilavər Əzimlini itirdik.

Sənə qarşı çox böyük ehtiram gördüm. Dostlar sənə qarşı olduqca diqqətli, müəllimlərin sənin haqqında çox yüksək fikirdədirlər. Həmkarların hamısı sənə qarşı ehtiramlıdır. Mənfilər də yox deil. Bir şəxsi hamı çox sevə bilməz. Amma, bu münasibətin kökündə həsəd dayanırsa artıq bu sənin günahın deyil. Şeyx Sədi Şirazi bu fikri çox gözəl ifadə edib:

Yarasa sevməzsə əgər günəşi,
Bununla azalmaz onun atəşi.

Həsədçinin dərdi çoxdur və artıq bu bizi maraqlandırmır. Çünki, bu gözəl ad gününə gözəl olan şeylərdən danışıb şadlanmaq vaxtıdır. Bilirsən ki, övladım Əli Kəlbəcər döyüşçüsüdür. Onun bu 44 günlük müharibədə Allah hifz etsin deyə çox dua etmisən və hərbi hissələrə çox yardım göstərmisən. Şəhidlərin təmənnasız dəfnində son damla gücünə gədər sərf etmisən. Sonunda çox ciddi soyuqlayıb xəstələndin.Xatırlayıram ki, keçən apreldən bu günə qədər təlatümlü bir il yaşadıq. Hamımız çox həyəcan keçirdik. Bir tərəfdən karantinin yaratdığı həyəcan və problemlər, digər tərəfdən Vətən müharibəsinin çox qürurverici anları bu bir ilin haradan gəlib-hara getdiyini hiss etməə imkan vermədi. Gözümüzün bir güldü, biri ağladı. İtkilərimizdən yana çox qovrulduq, çox ağladıq. Azadlıq qədər şirin bir neməti bizə bəxş edən Ordu və Ali Baş Komandan üçün isə hər an əlimizi Allaha açdıq. Onları qorusun, azdlığımızı qaytara bilsin deyə əlimizdən gələni etdik. Mən səndən eşitmişəm ki, dua insanın taleyini dəyişə biləcək bir gücdür. Mən onun gücünə həmin o 44 gün ərzində əmin oldum. Çünki, bütün Azərbaycan gecə gündüz Ordumuzun qələbəsi üçün durmadan dua edirdi.

O günləri də keçdik. O gözəl qələbə günü -Zəngilanın, Sobunun azad olacağı günü nəfəsini içinə çəkərək gözlədin. Mən işğal zonasından olmadığım üçün sizin hisslərinizi –göz yaşlarını gördükcə qarışıq duyğular yaşadım. Amma, sənə görə Hacı, mən də Sobunun azad olacağı günü gözləyirdim. Oğlumla əlaqə saxladıqca soruşurdum ki, Sobu sizə yaxındı? Çünki, sənin müharibədən, keçən 30 ildə nə qədər itkilərin olduğunu gözəl bilirəm.

Artıq bunları xatırlamaq istəmirəm. Düşünürəm ki, sənin ömrünün ən gözəl illərindən biri 2020-ci il olaraq qalacaq. Bü qələbə ömrümüzün mənası oldu. 50 yaşın münasibətilə iki kitab işıq üzü gördü. Ürək sözlərimin çoxunu o kitabda topladım. Müdafiə Nazirliyinin hərbi hissəsi səni yardıma görə təşəkkür məktubu – Fəxri Fərmanla təltif etdi.Böyük dostumuz Tasir müəllim də çox nəfis, yüksək səviyyəli bir kitab yazdı. «Uğurlu adam» adlandırdı o kitbı. Mənsub olduğun ocağın şəcərəsi öz əksini tapdı bu kitabda. Dövrü mətbuatda yorulmaz fəaliyyətin də göz qabağındadır. «Həkəri» qəzetinin hər sayında bir səhifəsi tam olaraq sənin yazılarını dərc edir.

Sənin ad günün yenə də Müqəddəs Ramazan ayına düşür. Allah sənin cəmi dualarını qəbul edib, firavanlıq qapılarını açsın. Allah ruzi və bərəkətini bol eyləsin.

Mən bu kiçik təbrik yazısını bütün səni sevənlərin adından yazıram. İstəyirəm ki, sən bundan sonrakı ömrünü daha gözəl, azadlıq duyğusunu doya-doya yaşayasan. İnşallah tezliklə bərabər Zəngilana – Vətənimizin ən gözəl yerlərinə, ocaqlarına qayıdaq və oraları abad edək. Qoy ocaqlarımız gur yansın, şeirlərimiz sevincdən, mahnılrımız sevgidən olsun.

Amin!

Müstəqil yazar, D. Ağayeva

AVMVIB Zəngilan rayon şöbəsinin şəxsi heyəti və şəxsən öz adımdan Hacı Həsəni 50 illik yubileyi münasibətilə təbrik edir, sağlam can uzun ömür arzulayıram.

Qardaş, 100 yaşa.

Hörmətlə, Azad Musayev.

Bu xəbəri paylaşın: