44 günlük Vətən müharibəsi günlərində daim ordumuzla birgə olan və əsgərlərimizlə çiyin-çiyinə dayanan şöbə sədrlərimizdən olan, AVMVİB Goranboy rayon şöbəsinin sədri Elmar Məmmədov Goranboy rayon İcra Hakimiyyətinin Fəxri Fərmanıyla təltif olunub.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Goranboy rayon şöbəsinin sədri Elmar Məmmədovun göstərdiyi vətəndaş fəallığı və vətənpərvərlik rayon rəhbərliyinin diqqətindən kənarda qalmayıb.

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Goranboy rayon şöbəsinin sədri Elmar Məmmədov bildirdi ki, Goranboy rayon İcra Hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyevin rəhbərliyi ilə rayonda qazilərə və şəhid ailələrinə diqqət və qayğı cənab Ali Baş Komandan İlham Əliyevin tapşırıq və göstərişlərinə tam cavab verir. Goranboy rayon İcra Hakimiyyəti başçısı Məhərrəm Quliyev rayonun idarə-təşkilat rəhbərləri, inzibati ərazi dairələri üzrə nümayəndə və bələdiyyələrin iştirakı ilə, müşavirədə də cari məsələlərlə yanaşı Şəhid ailələri və Qazilərin sosial qayğılarının öyrənilməsi və problemlərin həllinin icra vəziyyətinin müzakirə olunması elə bu sahənin daim nəzarətdə olmasının göstəricisi sayıla bilər. Kimsə diqqətdən kənarda qalmır. Mənim Fəxri Fərmanla təltif edilməyim də elə bu diqqət və qayğının bir parçasıdır. Rayon veteranları adından bu diqqət və qayğıya görə, Goranboy rayon İcra Hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyevə öz minnətdarlığımı bildirirəm.
Elnur Səlim

