İşdən çıxarılanın heç olmasa «qadın, kişiliyini seçməyən» saytlarımız

Bəzi saytlar aldıqları informasiya mənbəyində düzəliş edərək, yazıblar: «Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının direktoru vəzifəsindən azad olunub.

Publik hüquqi müəssisənin direktoru Könül Ələkbərova tutduğu vəzifədən azad olunaraq paytaxtın tibb müəssisələrindən birinə təyinat alıb. Mingəçevir Mərkəzi Xəstəxanası Təcili Tibbi Yardım Xidmətinin rəhbəri Məzahir Yusifov da daxili əmrlə tutduğu vəzifədən azad edilib. Boş qalan vakant yerə hələ ki, yeni təyinat yoxdur».

Əslində isə Könül Ələkbərov kişi cinsli biridir və Mingəçevirə göndəriləndən müharibə əlilləri və veteranlarına qarşı bacara bildiyi bütün pislikləri etmişdi və onun bu əməlləri barədə bir neçə dəfə yazmışdıq. Xüsusən də AVMVİB Mingəçevir şəhər şöbəsi üzvlərinə, şəhər şöbəsinin sədri Natiq Həsənova qarşı apardığı «mübarizə» barədə tənqidi məqalələr yayınlamışdıq. Ona görə də dəqiq bilirik ki, bu adam mahiyyətcə kişi cinsindəndir və ona görə də informasiya belə verilməliydi: «Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının direktoru vəzifəsindən azad olunub. Publik hüquqi müəssisənin direktoru Könül Ələkbərov tutduğu vəzifədən azad olunaraq paytaxtın tibb müəssisələrindən birinə təyinat alıb. Mingəçevir Mərkəzi Xəstəxanası Təcili Tibbi Yardım Xidmətinin rəhbəri Məzahir Yusifov da daxili əmrlə tutduğu vəzifədən azad edilib. Hər iki vəzifəyə hələlik təyinat olmayıb».

Tövsiyyə: Ay TƏBİB, elə azad eləmişkən, bu şəxsi özgə bir yerə göndərməyin. Elə aparın öz yanınızda saxlayın…

Fedai.az

Bu xəbəri paylaşın: