Erməni qruplaşmaları təkcə Anadoluda müdafiəsiz mülki türk və kürdləri, Qafqaz tərəfdə isə çərkəzləri qətlə yetiriblər. Törətdikləri qətliamları və yüzminlərlə insanı sürgün etmələrini öyünərək danışıblar. Bununla bağlı bir çox ölkələrin arxivlərində sənədlər mövcuddur.
Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Ərdoğanın sözlərinə görə, erməni əhalisinin həmin dövrdə müvəqqəti olaraq başqa bölgələrə göndərilməsi qərarı verilib:
“Bu qərar, quldur hücumlarının sıx olduğu yerlərdə olan erməni əhalisini əhatə edir. Yeri dəyişdirilən erməni əhalisinin sayı məsələsində müxtəlif fikirlər dolaşır. Birinci Dünya müharibəsindən öncə erməni əhalisi 1 milyon 300 min idi. Hazırda 1 milyondan çox olduğu ilə bağlı arxivlərimizdə sənədlər var. Mən sənədlərə istinadla danışıram, cənab Bayden kimi deyil. Əcəba, ABŞ-ın, Avropanın arxivlərində nə qədər sənəd var. Açılıblarmı? Biz ortaya gəlin deyirik, amma bu çağırışlara cavab vermədilər”.
