Azərbaycanlılar Sırxavənd istiqamətində 370 m irəliləyiblər — Erməni mediası

Ağdərə bölgəsindəki Nor Qazançı (Yeni Qaralar, Qaralar kəndi yandırıldıqdan sonra Əlağalı yaxınlığında salınmışdı. İlkin mənbədə yanlış olaraq Sırxavənd yazılıb-red.) kəndi istiqamətində bəzi ərazilər Azərbaycanın nəzarətinə keçib.

“Qafqazinfo” xəbər verir ki, belə bir iddia ilə kənd icmasının rəhbəri Ruslan Arstamyan “Aparaj” nəşrinə açıqlamasında çıxış edib. 

Onun sözlərinə görə, azərbaycanlılar gecə saatlarında Sırxavənd istiqamətində 370 m irəliləyib.

“Onların mövqeyi Vank-Drmbon (Vəngli-Heyvalı) kəsişməsindən 1,5 km məsafədə yerləşirdi. İkinci mövqe də dəyişdirildi. GPS ilə yoxlayaraq 370 metr irəlilədilər və mövqeləri tutdular. Onlar iki erməni mövqeyinin kəndə tərəf 300 metr geri çəkilməsini tələb etdilər və yalnız bundan sonra geri çəkiləcəklərini bildirdilər”,- deyə Ruslan Arstamyan bildirib.

Bu xəbəri paylaşın: