
Müşfiq Əliyev
Azərbaycan Respublikası Şəhid Ailələrinə “Qayğı” Cəmiyyətinin sədri, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi Sədrinin humanitar məsələlər üzrə səlahiyyətli nümayəndəsi. BAKI ŞƏHƏRİ, XƏZƏR RAYON SAKİNİ
Bu gün, artıq COVID-19 pandemiyası dünya ölkələrini yeni çağırışlarla üz-üzə qoymuşdur. Heç kimə sirr deyil ki, Azərbaycan pandemiyaya qarşı qlobal fəaliyyətin səfərbər edilməsi səylərinin önündə gedir. Azərbaycan hökuməti ilk günlərdən pandemiya ilə mübarizə istiqamətində zəruri addımlar atmışdır. Koronavirusun iqtisadiyyata təsirinin azaldılması, özəl sektorun dəstəklənməsi, makroiqtisadi və maliyyə dayanıqlığının təmin olunması məqsədilə geniş sosial-iqtisadi paket təqdim edilmişdir. Əhalinin vaksinasiyası davamlı şəkildə təşkil olunur.
Azərbaycanda vaksinasiya yanvar ayından etibarən başlanıb. Bu günədək 1,4 milyon vaksin istifadə olunmuşdur ki, bu da əhalinin 14 faizini təşkil edir. Azərbaycan pandemiyaya qarşı qlobal fəaliyyətin səfərbər edilməsinə çalışır. Azərbaycan Qoşulmama Hərəkatının sədri qismində 2020-ci ilin may ayında Qoşulmama Hərəkatının koronavirusla mübarizəyə həsr edilmiş Zirvə toplantısının təşəbbüskarı olmuş və onu uğurla keçirmişdir.
Bizim təşəbbüsümüzlə ötən ilin dekabr ayında BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyası keçirilmişdir. Vaksinlərin ölkələr arasında ədalətsiz bölgüsü qlobal təhdid yaradan tendensiyadır. “Vaksin millətçiliyi”, vaksinlərin inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında ədalətsiz bölgüsü bizi dərindən narahat edir. Dünyada mövcud vaksinlərin 53 faizi 30-dan çox zəngin dövlət tərəfindən sifariş edilib. Pandemiya ilə qlobal mübarizədə Azərbaycan fəal mövqe nümayiş etdirir. Yalnız milli səviyyədə həyata keçirilən səylər dünyada pandemiyanın aradan qaldırılması üçün kifayət etmir. Azərbaycan həm Qoşulmama Hərəkatının sədri kimi, həm də milli səviyyədə dünyada vaksinlərin ədalətli bölgüsü və vaksinlərin inkişaf etməkdə olan və ən az inkişaf etmiş ölkələr üçün əlçatanlığının təmin edilməsi istiqamətində mübarizəsini davam etdirəcəkdir.
Azərbaycan koronavirusla bağlı əksəriyyətinin ən az inkişaf etmiş olduğu 30-dan artıq ölkəyə humanitar və maliyyə yardımı göstərmişdir. Azərbaycan dünyanı vahiməyə salmış pandemiyaya qarşı mübarizədə yeni bir nümunə yaratmışdır. Ümumdünya Səhiyyə Təşkilatı COVİD-19-la mübarizədə Azərbaycan dövlətinin siyasətini yüksək dəyərləndirmiş, görülən tədbirləri ən effektiv mübarizələrdən biri kimi qiymətləndirmişdir. Bugün dünya ölkələri üçün Azərbaycan nümunəsi bir örnəyə çevrilmişdir. Dövlətimiz tərəfindən həyata keçirilən genişmiqyaslı mübarizə tədbirləri xalqımızın bu sınaqdan daha az itki ilə çıxacağına qəti əminlik yaradır.
Cənab Prezidentin infeksiya ilə mübarizədə “Biz birlikdə güclüyük!” çağırışına hər kəs qoşulur. Pandemiyaya qarşı mübarizədə Azərbaycanın əldə etdiyi uğurun başlıca səbəbi də məhz bu milli birlik, xalqımızın öz Prezidentinə sarsılmaz inamıdır. Ölkə başçısının rəhbərliyi altında infeksiya ilə mübarizədə geniş miqyaslı tədbirlər davam etdirilir. Uğurlu səhiyyə siyasəti ilə bərabər, fəal şəkildə sosial dəstək və sosial cəhətdən həssas əhali qrupunun, o cümlədən, pandemiyadan zərər çəkmiş sahələrdə işləyən sakinlərin məşğulluğunun təmin olunması siyasəti həyata keçirilir. Məşğulluğun və sosial rifahın dəstəklənməsi məqsədilə ölkə baş¬çısının tapşırığı ilə genişmiqyaslı sosial, iq¬tisadi tədbirlər görülür. Xalqımızın bu çətin sınaqdan şərəflə çıxması üçün ən vacib addımlar atılır. Bütün bunların nəticəsidir ki, son günlər infeksiyaya yoluxanların müalicəsində davamlı olaraq müsbət dinamika müşahidə olunur. Şübhəsiz ki, ölkə rəhbərinin səmərəli, məqsədyönlü fəaliyyəti vətəndaşlar tərəfindən də böyük razılıqla qarşılanır. Son illər ölkəmizdə müasir səhiyyə infrastrukturunun yaradılması istiqamətində mühüm işlər görülüb. Ölkəmizdə səhiyyənin səviyyəsinin yüksəlməsi son elmi texnoloji yeniliklərin tətbiqi sahəsində mümkün olub.
Məhz pandemiya dövründə ölkə səhiyyəsinin bu duruma adekvat olması reallığı tam əks etdirir. Koronavirus pandemiyası dövründə bu sahədə görülən işlər, o cümlədən yeni tibb müəssisələrinin açılması ölkə səhiyyəsi ilə bağlı mənzərənin açıq təzahürüdür. Koronavirus pandemiyasının ilk vaxtlarından vətəndaşların sağlamlığının qorunması məqsədilə Prezident İlham Əliyevin rəhbərliyi ilə virusun geniş yayılmasının qarşısının alınması üçün ölkə ərazisində çevik və sistemli preventiv tədbirlər həyata keçirilməyə başlanmışdır.
Cənab Prezident də çıxışlarında dəfələrlə vurğulayıb ki, dövlətimiz üçün ən vacib məsələ vətəndaşların sağlamlığıdır. Çünki bu, həm də milli təhlükəsizlik məsələsidir. Azərbaycan Prezidentinin bütün istiqamətlərdə həyata keçirdiyi siyasətin mərkəzində insan amili dayanır. Məhz buna görə də, Azərbaycan dövləti bir çox iqtisadi və maliyyə risklərinə baxmayaraq, vətəndaşların sağlamlığının qorunması üçün bütün mümkün addımları atdı. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən ölkəmizdə vətəndaşların rifahının daha da yaxşılaşdırılması, siyasi, iqtisadi və digər sahələrdə görülən işlər qısa bir zamanda öz müsbət nəticələrini göstərib.
Həmçinin aztəminatlı ailələrə, işsizlərə və pandemiyadan əziyyət çəkmiş sahibkarlıq subyektlərinə davamlı maddi-mənəvi dəstək, göstərilən qayğı bu gün də razılıqla qarşılanmaqdadır. Koronavirusa qarşı mübarizədə effektiv nəticələrin əldə olunması üçün ancaq dövlətin səfərbər olunmağı kifayət etmir. Bu müharibədə mütləq şəkildə dövlətlə xalq əl-ələ verərək bir yerdə vuruşduqda qalib gəlmək mümkündür. Yəni, hər bir hərəkətdə ümummilli həmrəylik birinci yerdə dayanır. Bu həmrəylik pandemiyanın yayılma zəncirinin qırılmasında özünü göstərməli, həm də müəyyən məqamlarda nümayiş olunmalıdır. Pandemiyaya qarşı mübarizədə xalqdan ilk növbədə tələb olunan sosial məsafənin gözlənilməsi, şəxsi gigeyinik qayadalarına riayət olunması, tibbi maskanın taxılması və evdə qalmasıdır. Belə baxanda, bu ürək açan olmasa da o qədər də çətin tələblər deyil. Əgər biz pandemiyaya qalib gəlmək istəyiriksə bu işə səbrlə yanaşmalıyıq və həmrəylik nümayiş etdirməliyik.
Koronavirus pandemiyası insanlarımızın həmrəyliyinin yoxlanılması üçün bir sınaq oldu.İnanırıq ki, görülən işlər və xalq-iqtidar birliyi hesabına müdrik Azərbaycan xalqı bütün dünyanı cənginə almış bu ağır vəziyyətdən, bu böyük sınaqdan şərəflə çıxacaq və biz tezliklə digər sahələrlə birlikdə normal təhsil prosesini də yenidən bərpa edəcəyik.
Bunun üçün vətəndaş məsuliyyəti, birlik və həmrəylik əsas şərtdir!
Yaşasın müstəqil Azərbaycan Respublikası!
Eşq olsun Azərbaycan xalqına!
Allah, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandanımız, cənab İlham Əliyevi və Birinci vitse-Prezident, xanım Mehriban Əliyevanı qorusun!
Üçrəngli, müqəddəs bayrağımız daim zirvələrdə dalğalansın!
