TARİXİMİZİN BİR PARÇASI URUM TÜRKLƏRİ (TÜRK DİLLİ RUMLAR-YUNANLAR)

Urumlar (yun. Ουρούμ, urum; türk. Urum, krımtat. Urum) — əsasən Osmanlı İmperiyasında və Krımda bəzi türkdilli xalqlar (türklər, Krım tatarları) tərəfindən müsəlman dövlətlərinin yunan əhalisini adlandırmaq üçün işlədilən ekzoetnonimdir. Müasir etnoqrafiyada bir qayda olaraq, yunanların türkdilli qrupları urumlar (və ya yunan-urumlar) adlandırılır. Urum adını eləcə də ermənilərin xalkidon dinini qəbul edən və zaman keçdikcə yunanlaşan qrupu da daşıyır. Lakin urumları xristian türklər və ya müstəqil etnos, yaxud oğuz-qıpçaq etnik qrupu hesab edən tədqiqatçılar da var.

Rusiya Federasiyasında 54 min nəfər (2002-ci il siyahıya almasına əsasən), Ukraynada 91.548 nəfər (2001-ci il siyahıya almasına əsasən), Gürcüstanda 15.166 nəfər urum yaşayır.

Rəsmi qaynaqlarda Yunan olaraq adlandırılan Urumlar, özlərini əsla Yunan olaraq görmürlər və Yunanlardan dini inancları xaric tamamən fərqli olduqlarını açıqca vurğulamaqdadırlar. Türk dilli Urumlar ilə Yunan dilli Rumeylər bir-birinə qarışdırılmaqdadır və hər ikisi birlikdə Qreko-Tatarlar (ya da Azov yanı Qrekləri — Греки Приазовья) adıyla da anılmaqdadırlar. Bu gün Qreko-Tatarların nüfusu 120 ilə 130 min civarında olub, bunların 60-65% -i Urum, geriyə qalanları isə Rumeydir. Urum və Rumeylərin 2001 -ci ilinki nüfusları ayırd etmək sizin birlik 77,5 min kişidir. Kırımda yaşadıqları zaman qədimdən Rumeylərə Tat, Urumlara isə Bazaryane adı da verilmişdir. Urumlar arasında Tat balası, Urum balası («Rum cocuğu, Urum balasıdır») atalar sözü işlənir.

Ailə quruluşu, gələnəkləri Anadolu və bu ətrafda yaşayan digər Türk xalqlarıyla bənzərdir. Düyünlərdəki rəqslər Kırım Tatar Türklərinin oynamaları kimidir.

Gürcüstan Urumları, yaxud Qafqaz Urumları: Gürcüstanın güneyində Kvemo Kartli bölgəsində olan Tsalka (Barmaqsız) şəhrində yaşayan ve 18-ci əsrdən 20-ci əsrin əvvələrinə qədərki Osmanlı İmparatorluğundan köç edən Ortodoks Xristiyan Türklərdir. Ana dilləri türkcədir. 1979-ci il siyahıya almasına görə Gürcüstandakı Urumların sayı 30.811 nəfərdir.

Türkiyəli araşdırmaçılar, Urum Türkcəsində danışan topluluqların bölgəyə iki dalğa halında gəldiyini qeyd edirlər. İlk dalğa 18-ci əsrin ikinci yarısında Gürcüstandakı mədənlərdə çalışmaq üzrə Türkiyədən köç etmişdir. İkinci dalğa isə XIX əsrdə gəli Abxazya və Türkiyəyə köç edən müsəlman Çərkəzlərin yerinə Kuban Bölgəsinə yerləşmişlər.

Lakin rumlu türklər bunu qəbul etmirlər və zaman-zaman xristian türkləri Osmanlının qovduğunu qeyd edərlər və bu siyasət 15-ci və 16-cı əsrlərdə böyük vüsət almışdır. Ona görə də bu gün Azərbaycan türklərinə sevgi ilə yanaşan Rumlu türklər Türkiyə türklərinə nifrətlə yanaşarlar. Bu barədə sonrakı yazılarda geniş açıqlamalar verəcəyik.

Təxminən 1821-1825 -ci illərdə Trabzon, Giresun, Ərzurum ve Kars illərindən Gürcüstanın Tselka bölgəsinə köçən və oradan da 1981-1986 -ci illərdə Krım, Donetsk və Dnepr ətrafına yerləşən 2-3 min civarında Urumdan da söz edilməkdədir. Türkcə danışan Trabzon Grekləri olaraq bilinən bu qrup, özlərinin Qaradənizin qüzeyindən Balkanlara yayılan Qıpçak, Peçenek və Xəzər Türklərinin xristianlaşan qalıntıları olduqlarını iddia etməkdədirlər.

Güney Azov dənizinin ətrafında yayılmış olan Urum Türklərinin 4 cür ağzı vardır: Qıpçak-Polovets, Kıpçak-Oğuz, Oğuz-Kıpçak, Oğuz. Bu ağızlarlardakı var olan leksik xüsusiyyətlər dilçilər tam araşdırılmamış, bu üzdən elm dünyası üçün hələ də qaranlıq olaraq qalmaqdadır.

Krımlı Urumlar, Krım Tatar Türkcəsinə çox yaxın olan Urum Türkcəsini danışmaqdadırlar. Anadoludan çıxmış olan Urumların dili isə Urum Türkcəsinden fərqlənir və daha çox Oğuz grupu ləhcələriə və Anadolunun Qars, Ərzurum ağzına yaxındır. Sonradan, Anadolu çıxışlı Urumların dialektləri Qars, Ərzurum dialektidir, yəni Azərbaycan türkcəsidir. Krım çıxan Urumların dialektleri isə Krım Tatar Türkcəsidir.

A. Qarkavetsə və V. Baranovaya görə Ukraynadaki Urumların dili dörd grupa ayrılır:

1. Böyük Yanisol, Beşev, Manguş: Oğuz ünsürləri çox az olan.
2. Krmençuk, Bagatır, Ulaklı: Oğuz ünsürları az bilinən.
3. Karan, Laspi, Kamar, İqnatyevka: Oğuz ünsürları bilinən.
4. Mariapol, Starıy Krım: Oğuz ünsürlü Qıpçak ünsürləriylə qarışıq.

Bu gündən etibarən öz din ayrı qardaşlarımızı sizlərə tanıdacaq və hayların Ərmən tarixini necə oğurladıqlarını göstərməyə çalışacağıq. Rumlu türklərin böyük əksəriyyəti Anadolu və Azərbaycan türkləridir. Qarabağdan başlanan yollarının üstündə bu gün kazak olmaq da, hay omaq da, yunan (qrek) olmaq da var. Öz tariximizə sahib çıxmaq zorundayıq. Buna məcburuq. Tənbəlliyin daşını atıb bu var-dövlət hərislərinə bu millətin şanlı keçmişini anlatmaq bizim borcumuzdur. Çünki keçmişi olmayanın gələcəyi də yoxdur. Amma bilin ki, bu xalqın çox şanlı və ağla sığmayacaq dərəcədə böyük bir keçmişi var.

Bu gün də bu toplu sahibsiz buraxılıb. Təkcə dinləri başqadır deyə öz qardaşlarımızı tanımırıq. 100 illərdir yunan və ruslar bir xalqı əritmək üçün çalışdıqlarına baxmayaraq biz seyrçi qalmaqdayıq. Amma hələ də gec deyil. «Türkün türkdən başqa dostu yoxdur» deyib fələstinlilərə ağlayan türk tarix səhnəsində çox cılız görünür. Məzlumsansa, sən türk deyilsən!

Fedai.az-ı izləyin…

P.S. Yazıda ensklopedik məlumatlardan istifadə edilmişdir.

Fedai.az Araşdırma Qrupu

Bu xəbəri paylaşın: