XAQANİ Ədəboğlu
AVMVİB Mətbuat Xidmətinin rəhbəri
Zəhmət olsa da oxumanız məsləhətdir…
Rusiya imperiyasının barıtına Qarabağda su dəyəndən bəri yeni «silah» növləri barədə düşünməyə başlayıblar. Adətən bu cür sərsəmlikləri də Jirinovskinin ağzıyla efirə buraxırlar. Efirə bu dəfə «uzaq mənzilli» nataşaların buraxılması, Rusiyanın mövcud durumunun çıxılmazlığından xəbər verir.
Rusiya siyasətinin siması olan və bu günlərdə ordenlə təltif olunan Jirinovski yenə də gündəm olub. Bu dəfə silahı «metallom edilən» Rusiyanın yeni «Nataşa siyasəti»ni «deşifrə» edib. Özü də ən azı «Papa Roza» kimi danışıb və ələ verdiyi nataşaların sayını açıqlayaraq, son ümid yeri olan kartlarını açıb.
Yadıma ötən əsrin 20-ci illərində rus-bolşevik imperiyasının «Nataşa siyasəti» düşür. Ölkəmizdə azadlıq meyilləri gücləndiyi günlərdə, bir nəfər yaşlı adamla tanış olmuşdum. O, bolşeviklərin Bakını işğal etdikdən sonra əhalini ram edə bilmədiklərini və əhalinin azadlıq ruhunun yüksək olmasından bolşeviklərin əndişə etdiklərindən danışıb deyirdi: «Bakını işğal edən işğalçı ruslar Moskvaya yerli əhalini ram edə bilmədikləri barədə raport verirlər. Lenin Bakıda sənayenin qaldırılması barədə dekret imzalayır və eşalonlarla gənc rus qızlarını Bakıya göndərir. Bu qızlar isə Bakıda sənaye əvəzinə, tam özgə bir şeyi qaldırdılar və beləcə rus işğaının yolunu tam olaraq açdılar»…
Tarix üçün deyək ki, Bakının işğalının səhərisi günü, yəni 29 aprel 1920-ci il tarixində Ümumrusiya Şüşə və Çini İstehsalçılarının qurultayında çıxış edən Lenin məmnunluqla qeyd etmişdi: «Bakıda Sovet hakimiyyətinin qurulması «o deməkdir ki, indi bütün sənayemizi canlandıra biləcək bir iqtisadi bazaya sahibik.» Yerli rus-bolşevik agentlərindən olan N. Nərimanovu aldatmaq məqsədiylə, bir yanda — 1920-ci ilin aprelində, Azərbaycan Respublikasının müstəqilliyini tanıdığını bildirib, o biri yanda isə üzdəniraq Lenin Serebrovskinin Bakı neft idarəsinin direktoru təyin edilməsi barədə gizli bir dekret imzalamışdı. 1920-ci illərin əvvəllərində A.P. Serebrovskini də V.I. Lenin «hüdudsuz səlahiyyətlərlə» — neft sənayesini yüksəltmək üçün Bakıya göndərmişdi. Həm də 1920-ci ildə mayın 27-də dərc edilmiş dekret əsasında neft sənayesi milliləşdirilmə adı altında tam Moskvanın əlinə keçdi.
Bu tarixçədə bu gün də kommunist-məmur xəstəliyi kimi qalmaqda olan bir məqam diqqətimi cəlb elədi: «Heç bir yerdə, nə Sovet, nə də Rusiya mətbuatında verilmiş Leninin göstərişlərini, Moskvadan əmrlə göndərilən kommunist məmurların heç biri, savadsız bir yerli bolşevikin canla-başla yerinə yetirdiyi kimi edə bilməmişdi. O, elə hey deyirmiş: «Neft kaçay-kaçay“…
Bəli, bunlar bizim tariximizdir və bu gün də bundan utanc duyuruq. Qardaş Türkiyə ilə bağlı isə əldə etdiyim qeyri-rəsmi statistikaya görə 70 mindən artıq rus qızı təkcə Antaliyada özünə ər tapıbdır. Yəni bir rus deyiminə uyğun olaraq deyə bilərik ki, «rus tanklarının girə bilmədiyi yerlərə Jirnovskinin 150 minlik Nataşası girib». Türk ənənəvi olaraq, belindən tələyə düşüb. Ağıllı ol, Türkiyə!
Təkrarlamaqda fayda var. Bunu bir dəfə yazmışam: «I Pyotr Poltovadakı qələbənin eyforiyası və xristian slavyanları üsyana təşviq edəcəyini düşünərək, türklərə hücum etməyi planladı. Ancaq işlər Pyotrun ümid etdiyi kimi getmədi. Osmanlı ordusu çox sürətlə hərəkət etdi və Dunay çayını keçdi. 60 min əsgərə qarşı 140 minlik Osmanlı ordusunu görən Pyotr, məğlub oldu. Sayca üstün olan Osmanlılar qısa müddətdə rus ordusunu mühasirəyə aldılar. İyulun 20-də bütün Rus ordusu Dunay çayına doğru sıxışdırılmışdı. Qaçmağa belə yerləri yox idi…
Bu anda tarixin gedişatını dəyişdirən bir şey oldu. Pyotrun arvadı, kraliça Yekaterina, Osmanlılara sülh təklif etmək üçün Baltaçı Paşanın çadrına gəldi…
Rusların bu gün də tumanına sığındığı alman çariça, şair demiş, «rus tanklarının girmədiyi yerə, yəni paşanın yatağına girə bildi». Gerisi təfərrüat…
Bu günədək bu hadisə barədə dedi-qodular bitməyib. Hərəkətlənən ruslardan xəbər gətirən əsgərə beli qırılmış Baltaçı Paşa: «Qorxma əsgər, bütün Rusiya mənim yatağımdadı»-deməsəydi, dünyaya pisliklər yaymış I Pyotrun başı elə beşiyindəcə əziləcəkdi».
Rusiya Prezidenti Putin isə «Baltacı və Yekaterina hadisəsi bizdə fərqli olaraq bilinir» demişdi və Prutdakı vəziyyətin «rüşvət» yolu ilə həll edildiyini bildirərək bu ayıbdan canını qurtarmaq istəməsi ortadadır.
Ruslar, Rus ordusunu məhv olmaqdan xilas edən Rusiyanın səfiri Baron Peter Şafirov olduğunu bildirirlər. Barış danışıqları Baltacı ilə Yekaterina yataqda deyil, Şafirovla Osman Ağa arasında aparıldığını irəli sürürlər. Jirinovski yəqin bunu da yaxşı bilir.
Belin qırılsın, Baltaçı Paşa. Sənin bir anlıq keyfin üçün, gör nələri itirdik?
Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski deyir ki, xaricdə yaşayan ruslara Rusiya pasportlarının verilməsini asanlaşdırmaq lazımdır. Bu, rusların yaşadığı ölkələrdə siyasətə təsir etməyə imkan verəcək.
“Biz rus diasporunun təsirini qiymətləndirmirik. Nümunə üçün uzağa getmək lazım deyil. Məsələn, Türkiyə. Orada 120 min rus yaşayır, əksəriyyəti isə qadınlardır. Onlar orada kifayət qədər nüfuzlu icma formalaşdırıblar. Bu qadınlar daimi olaraq Rusiya ilə əlaqə axtarırlar. Onlar mənə müraciət ediblər”, — deyə o bildirib.
Jirinovski ABŞ-dakı erməni diasporu ilə bağlı xatırlatma da edib:
“Erməni lobbisi o qədər nüfuzludur ki, bir dəfə praktiki olaraq prezidenliyə namizədini irəli sürüb. Konqresdə erməni lobbisi fəaliyyət göstərir. Bu 100 konqresmenin daxil olduğu alt komitədir. Keçmiş dövlət katibi Con Kerri də onun tərkibində idi. ABŞ-da ruslar ermənilərdən də çoxdur”.
Yəni ruslar S-300, «İsgəndər» raketləri əvəzinə, Jirinovski, «мина замедленного действия» sayılacaq «Nataşaları» eksport etməyi düşünür. Düşünürəm ki, işlər bu cür getsə, elə Jirinovskinin özü də «ərə getməli olacaq».
Atalarımız əbəsdən deməyiblər ki, «əlini qoru, dilini qoru, belini qoru!»
Qırılsın o beli ki, Jirinovski kimi bir təlxəyin qurduğu tora düşür…









