ABŞ-da 65 konqresmendən Azərbaycana qarşı tələb

ABŞ Nümayəndələr Palatasının 65 üzvü Ermənistan İşləri üzrə Komitəyə qatılıblar.

Eurasia Diary xəbər verir ki, onlar Ermənistana 100 milyon dollar həcmində maliyyə yardımının ayrılmasını və Azərbaycana köməyin dayandırılmasını tələb ediblər.

Məktuba imza atanlar arasında Frank Pallone, Ceki Speyer və Adam Şif kimi erməniyönlü kimi məşhurlaşan konqresmenlər yer alıb. Onlar Ermənistan və Qarabağa yardımın təqdim edilməsini demokratiyanın inkişafı ilə əlaqələndiriblər.

Bu xəbəri paylaşın: