Litva xarici işlər nazirinin Bakıda qondarma soyqırım təbliğatı

Litvanın xarici işlər naziri Gabrielus Landsberq Bakıda ölkəsinin qondarma erməni soyqırımını tanıdığını bildirdi.

Armenpress-in verdiyi məlumata görə, o, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşdən sonra jurnalistlərdən birinin sualına cavab olaraq deyib.

“Tarixin dərsləri, xüsusən orda iştirak etməyənlər üçün çox çətindir. Qarşı tərəfin mövqelərini anlamağı, tarixə onların gözləri ilə baxmağı, özümüzü onların yerinə qoymağı öyrənirik. Bu da çox vaxt aparır. Bəzi proseslər digərlərindən daha asandır. ABŞ Prezidenti öz ölkəsi adından açıq bir tarixi həqiqəti tanıdığını gördük, Litva da onun kimi etdi”-deyə Landsberq, faktlar təqdim olunmalı və qiymətləndirilməli olduğuna inandığını bildirdi.

Bu xəbəri paylaşın: