Satqın adamların satılmış PKK-sı

Həmid Herisçi

Tarixi hadisələrin ildönümlərində gerçəkləşdirilən siyasi səfərlər, adətən özündə gizli mesajlar daşıyır. Böyük diplomatiyada bu, vaxkeçilməz rəmzlər siyahısındadır. Gizli razılaşmaları, protokolları nəzərdə tutur.

Vladimir Putinin 2018-ci lin 3-4 aprel tarixindəki Türkiyə səfəri belə gizli mesajla yadda qalıb. PKK təsisçisi Abdulla Ocalanın doğum günündə reallaşan bu voyaj, gizli rəmzlərlə, ehkamlarla məşhurdu. Adətən həmin tarixdə kürd separatistləri bütün dünyada Türkiyə səfirlikləri önündə yığılaraq etiraz edərlər.

Putin isə, məhz həmin doğum günündə Türkiyəyə səfər edibsə, ardını day özünüz düşünün.

Yəni Akkuyu Atom Stansiyası və s. i. mövzuları bəhanədir. Gizlində, biz qarşılıqlı razılaşma əsasında köhnə dosyeləri qapayırıq. Bəli kürd dosyesi artıq Moskvanın yox…Vaşinqtonun ixtiyarındadır. 1998-ci il Adana anlaşması əsasında Moskva bu fiquru, PKK arxivini yaxşı pula, Duma deputatları Jirinovskinin, Mitrofanovun iştirakı ilə İsrailə, Vaşinqtona satıb.

Məhz bu uğurlu əməliyyat nəticəsində sonralar Rusiya Dumasının Geosiyasət Komitəsi sədri kürsüsünə A. Mirtrofanov yiyələndi.

DETALLAR: Sonra isə bu şəxs Qərb casusu çıxdı. Xaricə qaçdı.

Beləliklə tarixi ildönümlərinə fikir verin. Gizli razılaşmalar adətən belə tarixlərdə imzalanır.

Şəkildə: Mitrofanov və Ocalan. Deyilənlərə görə Ocalanı Moskvaya Semen Baqdasarov gətirib Jirinovskiyə təhvil veribmiş.

Bu xəbəri paylaşın:
  •  
  •  
  •  
  • 1
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •