Laçın Rayon İcra Hakimiyyətinin sabiq başçısı, müharibə veteranl Akif Səlimov aprelin 30-da — 70 yaşında dünyasını dəyişib.
Akif Səlimov 1950-ci il noyabrın 7-də Laçın rayonunun Qarıqışlaq kəndində anadan olub. I Qarabağ müharibəsində iştirak edib. O, 1984-2006-cı illərdə Laçın, Goranboy, Qax, Cəlilabad rayonlarının polis şöbələrində yüksək vəzifələr tutub.
2013-2016-cı illərdə Laçın Rayon İcra Hakimiyyətinin başçısı olub.

AVMVİB Rəhbərliyi Akif Səlimovun vəfatından kədərləndiklərini bildirir və mərhumun yaxınlarına dərin hüznlə başsağlığı verirlər.
Allah rəhmət eləsin!
Məkanı cənnət olsun!
Bu xəbəri paylaşın:
