ABŞ-ın enerji, banklar və limanlara tətbiq etdiyi sanksiyaları ləğv etməsi barədə razılaşdıq.
Axar.az xəbər verir ki, bu açıqlama ilə İran xarici işlər nazirinin müavini Abbas Araqçı çıxış edib.
Araqçı Vyana görüşlərində müsbət nəticələrin olduğunu qeyd edib:
«Sanksiya siyahısında olan adlara və qurumlara qarşı tətbiq olunan sanksiyaların ləğv edilməsində ortaq bir nəticəyə gəldik. Bu qurumların və şəxslərin kimlər olacağı ilə bağlı danışıqlarımız davam edir.
Danışıqlar indi daha da qızışdı. Ortaq bir çox mövzumuz var, amma qəti nəticəyə nə zaman gələcəyimizi söyləmək çətindir».
Bu xəbəri paylaşın:
