Qırğızıstan və Tacikistan sərhəd bölgəsində qarşıdurmanı dayandırmaq və qoşunları geri çəkmək barədə razılığa gəliblər.
Məsələ ilə bağlı Qırğızıstan Milli Təhlükəsizlik Komitəsinin sədri Kamçıbek Taşiyev və Tacikistan Milli Təhlükəsizlik Komitəsinin sədri Saymumin Yatimov arasında sərhəd şəhəri olan Batkendə görüş keçirilib.
Görüşdə atəşkəs elan edilməsi barədə 4 maddədən ibarət protokol imzalanıb.
Qırğız Respublikasının Tacikistanla sərhədində silahlı münaqişə zamanı həlak olmuş sakinlərinin sayı 34 nəfərə çatıb.
Nazirliyin məlumatına görə, 173 zərərçəkmiş arasında 31 hərbi, 1 tibb işcisi və 131 mülki sakin var. «Daha 10 zərərçəkmiş üzrə məlumatlar dəqiqləşdirilir», — Səhiyyə Nazirliyində əlavə ediblər.
Toqquşmalar zamanı Qırğız Respulikasında onlarla bina dağıdılıb, onlar arasında məktəb, sərhəd zastavası və yanğınsöndürmə bölməsi var. Qarşıdurma zonasından 27 mindən çox insan təxliyə edilib.
Tacikistan tərəfi isə toqquşmalarda 8 nəfər itirdiyini bildirir, lakin bu rəqəmin nə dərəcədə doğru olduğu məlum deyil. Çünki Tacikistanda sərt avtoritarizm hökm sürür və informasiya üzərində ciddi nəzarət var.
Sosial şəbəkələrdə yayılan görüntülərə əsasən, Tacikistan ordusu Qırğızıstan ordusunun hərbi texnika kalonuna zərbə endirib, bu zaman azı bir BTR-70 və bir tank sıradan çıxıb. Habelə iki qırğız zabitinin girov götürüldüyü bildirilir.
Xatırladaq ki, aprelin 29-da baş vermiş insidentə görə tərəflər bir-birini ittiham edirlər. Mübahisəyə səbəb sərhəddə yerləşən supaylayıcı məntəqə olub. Sakinlərlə hərbçilər arasında mübahisə aprelin 28-də başlayıb. Ertəsi gün tərəflər bir-birlərini atəş açmaqda ittiham ediblər. “Qolovnoy” supaylayıcısı qurğusu Sovet İttifaqının 1960-cı illərində Qırğızıstanın sifarişi ilə tikilib.Lakin Taciksitan rəsmiləri iddia edirlər ki, məntəqə Tacikistan ərazisindədir və həmişə onun istifadəsində olub.

Supaylayıcı məntəqəyə yaxın kəndlərin sakinləri arasında münasqişələr ötən əsrin sonlarından başlayıb.1974-cü ildə burada ilk silahlı üsyan qeydə alınıb.Qırğızısatn tərəfi bildirr ki, qarşıdurma tacik tərəfi məntəqəyə müşahidə videokamerası qoyandan sonra qızışıb. Supaylayıcı stansiyanın həyətinə 100-150 nəfər yığılıb. Onlar əvvəlcə bir-birlərini daşa basıblar. Bundan sonra atəş açılıb.
Qeyd edim ki, bölgədə Tacikistan respublikası Rusiya tərəfindən Ermənistan kimi süni olaraq yaradılıb. Bu gün Rusiya Turana qarşı ilk məşqini keçşdiyini də deyənlər var.
Xatırladaq ki, Xaqani Ədəboğlu 2006-cı ildə nəşr olunmuş «Unudulmuş Turanın çöl çiçəkləri» adlı kitabında illər öncə dünyanın bir sıra tədqiqat mərkəzlərinin məlumatları əsasında yazmışdı: » «X» saatı 2020-ci ilə təsadüf edəcək. Yer kürəsi bu saatdan etibarən su qıtlığı ilə üzləşməyə başlayacaq. Buzlaqların bu üsulla xilas edilməsi absurddur. Həm də bu üsul bəşəriyyəti su uğrundakı müharibələrdən xilas edə bilməyəcək. Bu müharibə harada və nə vaxt başlayacaq?
Polaris TM-nintədqiqatlarına görə, bu müharibə bol sulu çaylar axan ölkələrdə baş verəcək. Avropada belə su arteriyası Dunay, Mərkəzi Asiyada isə Amu Dərya sayılır. Hazırda su üstündə münaqişələr var.Qırğızıstandakı SES-lərdən digər ölkələrə su verilmir. Hərbi strateqlərin fikrincə, razılaşma əldə edilməzsə, yaxın 10 il ərzində bu hidrotexniki qurğulara bomba, yaxud da raket zərbələri vurula bilər» (X. Ədəboğlu «Unudulmuş Turanın çöl çiçəkləri» Bakı 2006, S. 465).
Sadəcə burada proseslərdə 1 il ləngimə var. Deməli, mövcud plan işə salınıb.
Elnur Səlim
